KAFEDRA / Elmi fəaliyyət
Kafedrada yerinə yetirilən elmi-tədqiqat işləri barədə məlumat
Kafedrada hesabat ilində 2 mövzu üzrə elmi-tədqiqat işi aparılmışdır:
I Mövzu – Yumşaq toxuma və sümük şişləri zamanı angiogenezin immunohistokimyəvi göstəricilərinin təyini əsasında xəstəliyin diaqnostik və proqnostik meyarlarının optimallaşdırılması
II Mövzu – Sidik-ifrazat və cinsiyyət sistemi şişləri zamanı angiogenezin immunohistokimyəvi göstəricilərinin təyini əsasında xəstəliyin diaqnostik və proqnostik meyarlarının optimallaşdırılması
I Mövzu
Tədqiqat kontingentini 1998-2007-ci ildə A.T. Abbasov adın ŞOD-də və ATU-nun Onkoloji klinikasında müzyinə və müalicə alan Yuinq sarkoması diaqnozu ilə 68 xəstə və PNET diaqnozu ilə olan 11 xəstə təşkil etmişdir. Tədqiqat zamanı angiogenez prosesinə cəlb edilən və ən həssas reseptor olan Damar Endotelial Böyümə Amilinin CD31 reseptoru tədqiq edilmişdir. Qiymətləndirmək üçün selektiv rənglənmiş hüceyrələrin yaxmanın və ya daha çox - toxuma kəsiyinin 1mm2 sahəsindəki sayından (sıxlıq göstəricisindən), eləcə də - “şərti vahid” (ş.v.) sistemindən istifadə etmişdir. Belə ki, müəyyən etdik ki, damarların miqdarıPNET diaqnozu qoyulmuş xəstələrdə çoxdur 16,2±0,7, Yuinq sarkoması diaqnozu qoyulmuş xəstələrdə 11,4±0,4 təşkil edir. Koaqulyasion nekroz ocağı patoloji ocağın PNET-də 30-60% təşkil etdiyi halda, Yuinq sarkomasında 9-20% təşkil edir.
Beləliklə, müəyyən etdik ki, angiogenez göstəricisi olan DEBA-nın CD31 reseptorunun ekspressiyası ilə xəstəliyin proqressiyası düz mütənasibdir, CD31 reseptorunun ekspressiyası artdıqda proqnoz qeyri qənaətbəxş, reseptorunun ekspressiyası azaldıqca proqnoz qənaətbəxş olur.
1998-2007-ci A.T. Abbasov adına ŞOD və ATU-nun Onkoloji klinikasında sümüyün bədxassəli limfoması ilə 24 xəstə müayinə və müalicədə olmuşdur. Sümüklərin bədxassəli limfomalarının immunohistokimyəvi müayinəsi zamanı damar enditelial bğyümə amilinin CD31 reseptorunun ekspressiyası Yuinq sarkoması diaqnozu ilə olan xəstələrə nisbətən aşağı göstəricilərlə xarakteriə olunmuşdur. Qeyd etdiyimiz kimi CD31 reseptorunun ekspressiyası ilə xəstəliyin proqressiyası arasında korrelyasion əlaqəni tədqiq edərkən müəyyən etdik ki, CD31 xəstəliyin residiv və metastazvermə ilə korrelyasion əlaqədədir. Belə ki, sümüyün bədxassəli lomfomasında 24 xəstədən 5-də residiv, 11-də metastaz müəyyən edilmişdir. Residivin əmələ gəlmə müddəti 9-47 aya orta əmələ gəlmə müddəti 25,6±7,2 ay, metastazın əmələ gəlmə müddəti 2-63 ay, orta əmələ gəlmə müddəti 20,3±5,3 ay. Yuinq sarkomasında 68 xəstədən 18 xəstədə residiv, 39 xəstədə metastaz aşkar edilmişdir. Residivin əmələ gəlmə müddəti 6-64 ay,Ş orta 19,8±4,2 ay, metastazın əmələ gəlmə müddəti 1-52 ay, orta 17,4±1,3 təşkil etmişdir.
Tədqiqatımıza yekun vuraraq belə qənaətə gəlirik ki, DEBA-nın CD31 reseptoru mühüm və vacib proqnostik əhəmiyyətə malikdir.
Sümük iliyi və sümükyaradıcı şişlərdə DEBA-nın CD31 reseptorunun sekresiyasından asılı olaraq xəstəliyin erkən diaqnostik və proqnostik amillərin parametrləri dəqiqləşmişdir və bu şişlərin müalicəsi zamanı angiogen preparatların tətbiq edilməsi məqsədəuyğun hesab edilir.
Beləliklə, DBEA-nın kompleks tədqiqi bədxassəli və xoşxassəli şişlərin proqnozunun optimallaşdırılmasına imkan verə bilər. Həmçinin əldə olunan nəticələrə əsaslanaraq, şişlərin müalicə taktikasını daha da səmərəli etmək üçün optimal variantlar müəyyənləşdirilərək xəstələrin müalicə kompleksində müvafiq korreksiya aparılmasına imkan verir. Angiogen preparatlarının tədqiqi angiogenezin inhibisiyasına nail beləliklə də, xəstələrin ömrlərinin uzadılmasını təmin edir.
Aparılan tədqiqat zamanı damar mənşəli şişlərdə angiogenez prosesinə cəlb edilən və ən həssas rerseptor olan damar endotelial böyümə amilinin CD31 reseptoru immunohistokimyəvi tədqiq edilmişdir. Minoklonal zərdabla streptavidin-biotin ommunohistokimyəvi reaksiya (CD31, enditelial Cell, 0.2/1 ml) (“Dako”, Fransa) zamanı qıymətləndirmək üçün selektiv rənglənmiş hüceyrələrin yaxmanın və ya daha çox – toxuma kəsiyinin 1 mm2 sahəsindəki sayından (sıxlıq gğstəricisindən), eləcə də - “şərti vahid” (ş.v.) sistemindən istifadə edilmişdir. Apardığımız təhlil nəticəsində müəyyən etdik ki, DEBA-nın CD31 reseptoru qan damarlarının endotelial hüceyrələrində, kiçik diametrli damarların adventisial hüceyrələrində müəyyən edilir.
Neyrogen parametrli şişlərdə diaqnostik parametrləri təkmilləşdirmək, müalicənin nəticələrinin yaxşılaşdırmaq və proqnozu müəyyənləşdirmək məqsədi ilə ATU-nun Onkoloji klinikasında bizim tərəfimizdən damar endotelial böyümə amilinin (DEBA) CD31 reseptoru immunohistokimyəvi olaraq tədqiq edilmişdir.
Xoşxassəli şişlərdə DBEA-nın CD31 reseptirunun ekspressiyasının aşağı (1.0 ş.v.), bədxassəli şişlərdə CD31 reseptorunun ekspressiyasının yüksək və çox yüksək göstəriciləri (3.0 və 4.0 ş.v.) müəyyən edilmişdir. DEBA-nın CD31 reseptoru ilə digər göstəricilər arasında korrelyasion əlaqələr tədqiq edilərkən müəyyən edilmişdir ki, CD31 reseptoru şiş toxumasının invaziya dərinliyi ilə düz mütənasibdir, lakin, proqnostik əhəmiyyətli parametrlərdən olan lomfoid infiltrasiya və spontan nekrozlaşma ilə tərs mütənasibdir.
Tədqiqat kontingentimizə A.T. Abbasov adına ŞOD-də və ATU-nun Onkoloji klinikasında YTXFHŞ və YTBFHŞ ilə müayinə və müalicə olunmuç 125 (100%0 xəstə 21 (16,8%) YTXFHŞ və 104 (83,2%) YTBFHŞ) daxil edilmişdir. Belə ki, angiogenez prosesinə cəlb edilən və endotelial hüceyrələrin ən hassas reseptoru olan CD31 endotelial hüceyrələrin differensiyasiyası zamanı ekspressiya olunan ilk endotelial hüceyrə adqeziya molekuludur.
CD31 reseptorunun ekspressiyasının səviyyəsi ilə xəstəliyin proqnozu arasında korrelyasion əlaqələrin təhlili nəticəsində aşkar edilmişdir ki, CD31 reseptorunun aşağı səviyyəli (1.0 ş.v.) ekspressiyası zamanı prosesin çox erkən involyusiyası, az saylı resedivləri baş vermiş, xəstələrin proqnozu isə qənaətbəxşliyi ilə xarakterizə olunmuşdur. DEBA-nın CD31 reseptorunun göstəricilərinin yüksək səviyyəsi (3,0 ş.v. və 4,0 ş.v.) zamanı metastazvermə və residivləri daha tez-tez baş vermiş və qeyri-qənaətbəxş proqnoz müşahidə edilmişdir.
Beləliklə, mezenximal şişlərdən olan YTFHŞ-in histotipi, histodifferensiasiya dərəcəsinin təyini və onların DEBA-nın CD31 reseptoru ilə korrelyasion əlaqələrinin ğyrənilməsi YTFHŞ-nın müalicəsi və proqnozunu dəqiqləşdirən bir parametrdir.
Belə ki, DBEA angiogenezin güclü stimulyatoru olduğundan, j, həm də terapevtik təsir üçün effektiv hədəf hesab edilir. Elə bu baxımdan bədxassəi şişlərin kompleks müalicəsində antiangiogenez terapiya bir müalicə üsulu kimi çox aktualdır.
Kimyəvi terapiyanın son nailiyyətlərindən biri şiş əleyhinə molekulyar – hədəfli və ya target (hədəf, məqsəd) preparatların klinik praktikaya daxil edilməsidir. Belə preparatlardan biri bizim tədqiqat qrupumuzda istifadə etdiyimiz Bevasizumabdır (Avastin). Avastin vena daxilinə damcı şəklində, bədən çəkisinin 5 mq/kq olmaq şərtilə hər 14 gündən bir tətbiq edilir. Preparatın başlanğıc dozasını 90 dəqiqə ərzində köşürmüşük. Birinci infuziya qənaətbəxş olduğu üçün, ikinci invaziya 60 dəqiqə müddətində, sonrakı infuziyaları 30 dəqiqə müddətində köçürmüşük.
Klinikamızda yumşaq toxuma BFH diaqnozu ilə müalicə almış xəstələrin yaşama göstəricilərini təhlil i nəticəsində məlum olmuşdur ki, Avastin preparatı ilə müalicə almış xəstələrin residiv və metastazverməsi avastin preparatı aparılmayan xəstələrə nisbətən yüksəkdir.
II Mövzu
Sidik-ifrazat və cinsiyyət sistemi şişləri zamanı angiogenezin immunohistokimyəvi göstəricilərinin təyini əsasında xəstəliyin diaqnostik və proqnostik meyarlarının optimallaşdırılması
Yumurtalıqların şişləri zamanı erkən diaqnostikasında və proqnozunda angiogenez faktorlarının immunohistokimyəvi və statik təhlilini aparmaqla, prosesin təsnifat parametrlərini obyektivləşdirmək və müalicəvi taktikasının yaxşılaşdırılması tədriratın məqsədidir. Yumurtalıq şişlərinin erkən diaqnostikası və proqnozunda angiogenez faktorlarının əhəmiyyəti yüksək dəqiqliklə, sistemli qaydada öyrəniləcək, həmin faknorlarla şişlərin klinik şəkli, tərəqqisi və müalicə effektliyi arasındakı əlaqələrin xarakteri aydınlaşdırılacaq. Hazırkı araşdırmalar yumurtalıq şişlərinin erkən diaqnostikasının optimallaşdırılmasına imkan verir.
Angiogenez faktorlarının hipersekresiyası praktik onkoloq üçün prosesin hətta erkən klinik mərhələlərində belə ən radikal müalicə variantının seçilməsində və adekvat dianmik müşahidənin aparılmasına göstəriç ola biləcəyini düşünürük. İşin nəticələri praktik onkoloq, gündəlik onkomorfoloji müayinələrdə əhəmiyyətlidir.
Təyin olunmuş nəticələrin çiçin morfoloji strukturundan asılı olaraq yumurtalıq şişlərinin erkən diaqnostikası və proqnozunda yeni alqoritmik sxemlərinin yaradılması üzərində iş aparılır.