ŞÖBƏLƏR / Poliklinika diaqnostik şöbə / Gündüz stasionar bölmə / Ümumi məlumat
Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasının gündüz stasionarı şöbəsində 10 çarpayılıq gündüz stasionarı və ambulator əməliyyat otağı fəaliyyətdədir.
Gündüz stasionarında gün ərzində təxminən 30-40 müxtəlif lokaıizasiyalı müasir müalicə protokolları ilə adyuvant ve neoadyuvant kimyəvi dərman müalicəsi alan xəstə müalicə olunur. 4 həkimdən ibarət personal xəstələrə müasir onkologiyanın ən son nailliyyətlərinə uyğun müalicə xidməti göstərməkdədir. Gündüz stasionarının həkimləri:
ATU-nun Onkoloji Kafedrasının dosenti, t.ü.f.d. Camalov C.B. – 1949-ıü təvəllüdlü, 1972-ci ildə ATU-nu qurtarmı., 1984-cü ildə tibb elmləri namizədi adı almış, 2006-cı ildə onkologiya kafedrasına keçmişdir. Çoxlu sayda müxtəlif konfrans və qurultaylarda iştirak etmişdir. 48 elmi məqalənin, 1 dərsliyin, 7 dərs vəsaitinin və 1 səmərəlşdirici təklifin müəllifidir.
ATU-nun Onkoloji Kafedrasının dosent, t.ü.f.d. Zeynaıova K.R. –
ATU-nun Onkologiya Kafedrasının assistenti, t.ü.f.d. Hüseynov E.R. – 1977-ci il təvəllüdlü, Azərbaycan Tibb Universitetini 2000-ci ildə bitirmiş, 2007-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almış, həmin ildən ATU-nun Onkoloji Kafedrasının assistentidir, Almaniya Federativ Respublikası və Türkiyə Respublikasında təkmilləşmə kursları keçmişdir. Avropa Terapevtik Onkoloqlar Cəmiyyətinin (ESMO) həqiqi üzvüdür. Bir sıra regional və beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuş, 20-dən artıq elmi məqalə və tezisin müəllifi və həmmüəllifidir. Gündüz stasionarında onkoloji xəstələrin kimyəvi dərman müalicəsi həkimi kimi çalışır. Telefon: (+99412) 5415976 (117). E-mail: Dr_HuseynovER@hotmail.com
ATU-nun Onkoloji Klinikasının həkimi Heydərova F.X. – 1980-cı il təvəllüdlü, 2007-ci ildə ATU-nu bitrmişdir. Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməİnstitutunda və Türkiyə Respublikasında təkmilləşdirmə kurslarını bitirmişdir. 3 məqalənin müəllifidir.
ATU-nun Onkologiya Kafedrasının baş laborantı S.Qaraisayeva – 1978-ci il təvəllüdlü. ATU-nun müalicə-profilaktika fakultəsinə 1996-cı ildə daxil olmuş, 2002-ci ildə bitirmişdir. 2002-2003-ci illərdə Bakı şəhər Onkoloji Dispanserində internatura kursu keçmişdir. 2003-2005-ci illər ərzində Bakı şəhər Onkoloji Dispanserində kimyəvi dərman müalicəsi bölməsində çalışmışdır.2005-2010-cu illər ərzində onkoginekologiya şöbəsində həkim-onkoloq vəzifəsində çalışmışdır. 2010-cu ildə Səhiyyə Nazirliyinin göndərişi ilə Türkiyənin Ankara şəhərində onkoloji-ginekoloji təkmilləşdirmə kursu keçmişdir. 2010-2015-ci illər ərzində Məlikov adlı 6 saylı Şəhər Xəstəxanasında çalışmışdır. 2015-ci ildə İstanbul şəhərində kimyəvi dərman müalicəsinə həsr edilmiş təkmilləşdirmə kursu keçmişdir. 2015-ci ildən Onkoloji klinikamızda kimyəvi dərman bölməsində həkim-onkoloq vəzifəsində çalışır.