KLİNİKA / Klinika haqqında
Onkoloji klinika Azərbaycan Respublikasının Nazirlər kabinetinin 23 noyabr 2006-cı il 250 saylı qərarına əsasən yaradılmışdır. Onkoloji klinikanın açılışı 18 iyun 2007-ci ildə olmuşdur.
Direktor - akademik Ə.T. Əmiraslanov
Müalicə işləri üzrə direktor müvani, baş həkim - dosent Nəsimi V. Qasımov e-mail: onkoloq_nesimi@mail.ru. telefon: 541-59-76 (77; 78) daxili - 105
Baş həkimin müavini- t.ü.f.d. T.S. Quliyeva. e-mail: tamarakuliyeva@gmail.com. telefon: 541-59-76 (77) daxili - 152
Tədris hissə müdiri-t.e.d., prof. A.Y.Qazıyev telefon: 541-59-76 (77) daxili - 107
Klinikanın baş tibb bacısı - Kəmalə A. Zülfüqarova. telefon: 541-59-76 (77, 78) daxili - 106
Onkoloji klinika 2 stasionar şöbədən, gündüz stasionarından, poliklinika və diaqnostika şöbəsindən, əməliyyat və anestezioloji şöbədən ibarətdir.
I şöbədə - 40 çarpayı, abdominal onkoloji, torokal onkoloji, onkouroloji və onkoginekoloji xəstələr müalicə olunurlar.
Şöbədə professor R.B. Bayramov (bölmə rəhbəri), ali dərəcəli həkim L.T. Məmmədova, t.ü.f. doktorları G.İ. Kərimova, Y.Q. Qocamanov, F.R. Namazov, R.Ş. Hənifəyeva, Ü.T. Əliyeva, S.S. Rəcəbova, T.V. Məmmədova, R.T. Abdullayeva, birincili dərəcəli həkimlərdən A.C. Əliyeva və R.İ. Səfərova, aparıcı həkimlərdən İ.Ə. Yusifov, N.B. Aşurova, N.Q. Qibləliyeva, S.Ə. Qarayeva, S.İ. Səfərova, N.Qulubəyova, N.Mərdanova və b. çalışırlar.
II şöbədə - 42 çarpayı, süd vəzi, baş və boyun nahiyəsinin, dəri, yumşaq toxuma və sümük sisteminin onkoloji xəstələri stasionar müalicə alırlar.
Şöbədə professor N.M. Əmirəliyev (bölmə rəhbəri), dosent N.İ. Mehdiyeva (bölmə rəhbəri), dosent E.E. İbrahimov (bölmə rəhbəri), professor A.Ə. Əmiraslanov, dosent Y.Ə. Nuriyev, dosent Y.M. Hətəmov, tibb üzrə fəlsəfə doktorları G.A.Əhmədova, R.Ş. Ələkbərova, F.A. İsmayılova, İ.U. Cəfərova, H.Q. Vəliyeva, Ş.D. Tağıyev, A.T. İskəndərova, K.A. Əliyeva, V.Z. Vəliyeva, E.H. Mehdiyeva, S.V. Abdıyeva, həkimlər E.N. Abbasova, N.V. Kərimova, və b. çalışırlar.
Gündüz stasionarı - 10 çarpayı, kimyəvi dərman terapiyası və ambulator əməliyyatlar üçün nəzərdə tutulmuşdur. Şöbədə dosent C.B. Camalov, dosent K.R. Zeynalova, t.ü.f.d. E.R. Hüseynov, aparıcı həkimlərdən F.X. Heydərova, S. Qaraisayeva çalışırlar.
Poliklinika və diaqnostik şöbəsi ambulator xəstələrin qəbulunu və müayinələrini həyata keçirir.
Ambulator xəstələrin qəbulu klinikanın III və IV mərtəbələrində müvafiq kabinetlərdə aparılır: abdominal - 409, torakal və uroloji - 411, baş-boyun - 402, dayaq-hərəkət - 405, süd vəzi - 404; 406; 408, onkoginekoloji - 413, 415.
Şöbədə biokimyəvi laboratoriya (rəhbər T.Əliyev), patohistoloji laboratoriya (rəhbəri professor H.K. Muradov), kardioloji kabinet (dosent S.R. Muradova), endoskopiya kabineti - 305 (t.ü.f.d. H.M. Hüseynov), kolposkopiya kabineti - 417 (həkim Ş.H. Bağırova), şüa diaqnostika kabinetləri - rentgenoloji (t.ü.f.d. S.H. Babayeva), kompyuter tomoqrafiyası (həkim L.A. Salayeva), mammoqrafiya (t.ü.f.d. K.B. Fərhadzadə), USM kabineti (həkim S.V. Əliyeva, C.N. Axundova, K.Əmiraslanova), uroloji kabinet (t.ü.f.d. V.R. İsmayıl) fəaliyyət göstərir.
Əməliyyat və anestezioloji şöbə (şöbə müdiri F.C. Allahverdiyeva) 4 əməliyyat otağından və 8 çarpayılıq əməliyyatdan sonra xəstələrə nəzarət bölümündən ibarətdir.
Onkoloji klinikada dayaq-hərəkət aparatı sistemində aşağıdakı əməliyyatlar icra edilir:
Sümük şişlərinə görə: sümüyün kənari rezeksiyası, sümüyün ekskoxleasiyası və ortopedik sementlə (və ya kombinəedilmiş) plastika, diz, bazu və bud-çanaq oynaqlarının endoprotezləşdirilməsi, rotasion plastika, qarın-qalçaarası ayırma, döş-kürəkarası rezeksiya, ətrafların amputasiya və ekzartikulyasiyaları;
Yumşaq toxuma şişlərinə görə aparılan əməliyyatlar: xoşxassəli yumşaq toxuma şişlərinin çıxarılması və kəsilib götürülməsi, yumşaq toxuma sarkomasının geniş kəsilib götürülməsi, amputasiya və ekzartikulyasiyalar, limfonodulektomiya.
Dəri törəmələrinə görə aparılan əməliyyatlar: xoşxassəli dəri törəmələrinin cərrahiyyə yolu ilə xaric edilməsi, kriodestruksiya və elektrokoaqulyasiyası; bədxassəli dəri şişlərinin (bazalioma, dəri xərçəngi, melanoma, sarkoma) cərrahiyyəsi və rekonstruktiv plastik əməliyyatlar; bud-qasıq limfa düyünlərinin metastatik zədələnməsi zamanı Düken əməliyyatı, qoltuqaltı limfa düyünlərinə metastaz zamanı qoltuqaltı limfonodulektomiya.
Süd vəzinin şişləri zamanı icra olunan mastektomiyalar, süd vəzinin orqansaxlayıcı əməliyyatları, süd vəzisinin əməliyyatdan sonrakı plastikası, uşaqlığın, artımların və xarici cinsiyyət üzvlərinin şişləri zamanı icra olunan uşaqlığın artımlarla birlikdə və artımlarsız amputasiyası, uşaqlığın artımlarla birlikdə ekstirpasiyası, uşaqlığın Vertheym üsulu ilə ekstirpasiyası, vulvoektomiya və Düken əməliyyatları icra olunur.
Həzm sisteminin onkoloji xəstəliklərinə görə aparılan radikal cərrahi əməliyyatlar: Qida borusu xərçəngi zamanı aparılan Lewis əməliyyatı və Osawa-Gerlock əməliyyatı, mədə xərçəngi zamanı aparılan qastrektomiya, mədənin proksimal və distal subtotal rezeksiyaları, mədəaltı vəzi xərçəngi zamanı aparılan pankreoduodenal rezeksiya, distal pankreatoektomiya, yoğun bağırsaq xərçəngi zamanı aparılan radikal əməliyyatlar (hemikoliektomiyalar, S-vari bağırsağın rezeksiyası, düz bağırsağın aşağı ön rezeksiyası, düz bağırsağın qarın-aralıq ekstirpasiyası və s.), qaraciyərin şişlərinə görə qaraciyər rezeksiyası, öd kisəsi, xoledoxun, onikibarmaq bağırsağın şişlərinə, peritonarxası şişlərə görə icra olunan bütün radikal cərrahi əməliyyatlar.
Ağciyər xərçəngi zamanı icra olunan radikal əməliyyatlar: pnevmonektomiya, ağciyərin lobektomiyası və s.
Müasir onkourologiyaya aid olan açıq və endoskopik (qapalı) əməliyyatlar. Açıq əməliyyatlar: böyrək şişləri zamanı radikal nefrektomiya, sidik kisəsi şişləri zamanı radikal sistektomiya sidik yollarının rekonstruksiyasıyla və qapalı (TUR) əməliyyatları, prostat vəzinin şişləri zamanı açıq və qapalı (TUR) əməliyyatlar, xaya şişlərinə görə radikal orxiofunikulektomiya, cinsi alətin çiçləri zamanı hissəvi və ya tam penektomiya əməliyyatları icra olunur.
Qırtlaq şişləri zamanı aparılan əməliyyatlar: larinqektomiya, qırtlağın rezeksiyası, xordektomiya, səs protezinin qoyulması. Ağız boşluğu şiləri zamanı dilin rezeksiyası, ağız boşluğu şişlərinin geniş kəsilib götürülməsi, kombinəedilmiş rezeksiyalar. Udlaq şiləri zamanı xoş və bəd xassəlirin (polip, fibroma, angiofibroma) cərrahiyyəsi. Boynun orqandankənar şilərinin lipomalar, fibromalar cərrahiyyəsi. Boyun limfa düyünləri metastazların cərrahiyyəsi (profilaktik, selektiv, funksional və radikal boyun disseksiyaları), qalxanvari vəzin şişləri zamanı hemitereoidektomiya, subtotal rezeksiya, trieoidektomiya, ağız suyu vəziləri şişləri zamanı (qulaqətrafı, çənəaltı, dilaltı və kiçik ağız suyu vəziləri ) cərrahiyyəsi (rezeksiya və parotidektomiya), alt və üst göz qapağı və orbitanın şişləri zamanı blefaroplastika, orta enakulyasiya, ekzartikulyasiya və s. cərrahi əməliyyatlar aparılır.
Onkoloji klinika həmçinin xəstələrin müasir kimyəvi dərman terapiyasını həyata keçirir.
Klinikanın 2015-ci ildəki fəaliyyətindən:
çarpayı sayı – 100
çarpayı günü – 261
ambulator müraciətlər – 54697 xəstə
stasionar müalicə – 9147 xəstə
əməliyyatlar – 2575
Klinika həftənin I-V günləri saat 9-dan 16-dək, şənbə günü saat 9-dan 12-dək fəaliyyət göstərir.
Təcili tibbi yardıma ehtiyacı olan onkoloji xəstələr iş günləri saat 9:00-16:00 dək və şənbə və bazar günləri gün ərzində Səhiyyə Nazirliyinin 17.03.20011-ci il tarıxli 34 saylı əmrinə əsasən Bakı şəhərinin ümumi xəstəxanalarına müraciət etməlidirlər.