ŞÖBƏLƏR / I -ci şöbə / Ginekoloji bölmə
Onkoginekoloji şöbəsi ATU-nun nəznində 2007-cil ildən fəaliyyət göstərir. Şöbə müdiri ali kateqoriyalı həkim L.T. Əliyeva
Şöbədə çalışan mütəxəssislər:
- dosent G.İ. Kərimova
- dosent R.Ş. Hənifəyeva
- t.ü.f.d. S.S. Rəcəbova
- t.ü.f.d. T.V. Məmmədova
- t.ü.f.d. Ü.T. Əliyeva
- I kateqoriyalı həkim A.C. Əliyeva
- I kateqoriyalı həkim R. Səfərova
- baş laborant N.B. Aşurova
- baş laborant N.Q. Qibləliyeva
- baş laborant A.M. Pənahova
- N.R. Qulubəyova
- rezidentlər
Şöbədə 10 palata, o cümlədən 2 luks palata, sarğı və manipulyasiya otaqları, təsərrüfat bloku fəaliyyət göstərir. Palatalar geniş, işıqlıdır, 2 xəstə yeri var, soyuducu, TV-lərlə təmin edilmişdir. Personal növbətçilik qrafikinə əsasən gecə-gündüz işdə olur.
Şöbə həkimləri tərəfindən müxtəlif miqdarda əməliyyatlar aparılır. Burada qadın cinsiyyət orqanlarının bədxassəli və xoşxassəli şişlərinə görə müxtəlif əməliyyatlar aparılır: uşaqlıq cisminin və boynunun xərçəngi zamanı – uşaqlığın Vertheym üsulu ilə ekstirpasiyası; yumurtalıqların xərçənginə görə orqansaxlayıcı – ovarioektomiya + piqliyin rezeksiyası və radikal-uşaqlığın artımlarla birlikdə ekstirpasiyası + piyliyin rezeksiyası; vulva xərçəngi zamanı – vulvoektomiya + Düken əməliyyatı; xoşxassəli patologiyalar zamanı fibromektomiya, sistektomiya və s. əməliyyatlar.
Onkoginekoloji şöbəsinin həkimləri hər gün poliklinik şöbədə xəstə qəbulu, ambulator şəraitdə müayinə və müalicələr aparırlar.