ŞÖBƏLƏR / II -ci şöbə / Dayaq hərəkət aparatın üzvlərin bölməsi

Dayaq-hərəkət aparatı orqanları şöbəsi ATU-nun nəznində 2007-cil ildən fəaliyyət göstərir. Şöbə rəhbəri dosent E.E. İbrahimovdur.

- t.ü.f.d. Ş.D. Tağıyev

- S.V. Abdıyeva

- rezidentlər


Orta və kiçik tibbi personalı dəfələrlə ixtisaslaşma kursları keçmiş professional tibb bacıları və sanitarlardır.

Şöbədə 5 palata, o cümlədən 1 luks palata, sarğı və manipulyasiya otaqları, təsərrüfat bloku fəaliyyət göstərir. Palatalar geniş, işıqlıdır, 2 xəstə yeri var, soyuqdəymə, Tv-lərlə təmin edilmişdir. Personal növbətçilik qrafikinə əsasən gecə-gündüz işdə olur.

Onkoloji klinikada dayaq-hərəkət aparatı sistemində aşağıdakı əməliyyatlar icra edilir:

Sümük şişlərinə görə: sümüyün kənari rezeksiyası, sümüyün ekskoxleasiyası və ortopedik sementlə (və ya kombinəedilmiş) plastika, diz, bazu və bud-çanaq oynaqlarının endoprotezləşdirilməsi, rotasion plastika, qarın-qalçaarası ayırma, döş-kürəkarası rezeksiya, ətrafların amputasiya və ekzartikulyasiyaları;

Yumşaq toxuma şişlərinə görə aparılan əməliyyatlar: xoşxassəli yumşaq toxuma şişlərinin çıxarılması və kəsilib götürülməsi, yumşaq toxuma sarkomasının geniş kəsilib götürülməsi, amputasiya və ekzartikulyasiyalar, limfonodulektomiya.

Dəri törəmələrinə görə aparılan əməliyyatlar: xoşxassəli dəri törəmələrinin cərrahiyyə yolu ilə xaric edilməsi, kriodestruksiya və elektrokoaqulyasiyası; bədxassəli dəri şişlərinin (bazalioma, dəri xərçəngi, melanoma, sarkoma) cərrahiyyəsi və rekonstruktiv plastik əməliyyatlar; bud-qasıq limfa düyünlərinin metastatik zədələnməsi zamanı Düken əməliyyatı, qoltuqaltı limfa düyünlərinə metastaz zamanı qoltuqaltı limfonodulektomiya.

Şöbədə bu xəstələr yüksək ixtisaslı personalın nəzarəti altında stasionar müalicə alır. Xoşxassəli şişlərə görə əməliyyat olan xəstələr də ehtiyac olduğu qədər stasionarda sarğı olunub müalicə alırlar. Dayaq-hərəkət aparatı şöbəsinin həkimləri hər gün poliklinik şöbədə xəstə qəbulu, ambulator şəraitdə müayinə və müalicələr aparırlar.