ŞÖBƏLƏR / II -ci şöbə / Süd vəzi bölməsi

Süd vəzisi şöbəsi ATU-nun nəznində 2007-cil ildən fəaliyyət göstərir. Şöbə rəhbəri dosent N.İ. Meydiyevadır.

- dosent N.V. Qasımov

- dosent T.S. Quliyeva

- dosent Y.M. Hətəmov

- t.ü.f.d. F.A. İsmayılova

- t.ü.f.d. R.Ş. Ələkbərova

- t.ü.f.d. İ.U. Cəfərova

- t.ü.f.d. V.Z. Vəliyeva

- t.ü.f.d A.S. İsmanlı

- t.ü.f.d H.Q. Vəliyeva

- S.M. Zeynalova

- K.Ə. Əliyeva

- R. Mirzəyeva

- A.N. Abbasova

- rezidentlər
Orta və kiçik tibbi personalı dəfələrlə ixtisaslaşma kursları keçmiş professional tibb bacıları və sanitarlardır.

Şöbədə 10 palata, o cümlədən 2 luks palata, sarğı və manipulyasiya otaqları, təsərrüfat bloku fəaliyyət göstərir. Palatalar geniş, işıqlıdır, 2 xəstə yeri var, soyuducu, TV-lərlə təmin edilmişdir. Personal növbətçilik qrafikinə əsasən gecə-gündüz işdə olur. Şöbə dərman preparatları və sarğı ləvazimatı ilə tam təmin edilmişdir. Süd vəzisi cərrahiyyəsi şöbəsində stasionar müalicədə olan xəstələr aparılan əməliyyata uyğun olaraq xüsusi idman-reabilitasiya otağında tibb bacısının nəzarəti altında bərpa idman ilə məşğul olurlar.

Şöbə həkimləri tərəfindən müxtəlif miqdarda əməliyyatlar aparılır. Burada süd vəzisi xərçənginə görə həm orqansaxlayıcı əməliyyatlar (radikal rezeksiyalar, sektoral rezeksiya və limfodenektomiya), həm də radikal mastektomiyalar aparılır. Şöbədə bu xəstələr yüksək ixtisaslı personalın nəzarəti altında stasionar müalicə alır. Xoşxassəli şişlərə görə əməliyyat olan xəstələr də ehtiyac olduğu qədər stasionarda sarğı olunub müalicə alırlar. Süd vəzisi cərrahiyyəsi şöbəsinin həkimləri hər gün poliklinik şöbədə xəstə qəbulu, ambulator şəraitdə müayinə və müalicələr aparırlar.