ŞÖBƏLƏR / II -ci şöbə / Baş boyun

Baş-boyun bölməsi ATU-nun nəznində 2007-cil ildən fəaliyyət göstərir. Şöbə müdiri t.e.d., professor N.M. Əmirəliyevdir.

Şöbədə çalışan mütəxəssislər:

- t.ü.f.d. A.T. İskəndərova

- E.H. Mehdiyeva

- baş laborant N.V. Kərimova

- rezidentlər

Bölmədə bütün şəraitə uyğun 1 və 3 nəfərlik yarımlüks və lüks palatalar, sarğı və manipulyasiya otaqları, təsərrüfat bloku fəaliyyət göstərir. Palatalar geniş, işıqlıdır, soyuducu, TV-lərlə təmin edilmişdir. Personal növbətçilik qrafikinə əsasən gecə-gündüz işdə olur.


Bölmə həkimləri tərəfindən müxtəlif miqdarda əməliyyatlar aparılır:

• Qırtlaq şişləri – larinqektomiya, qırtlağın orqansaxlayıcı əməliyyatları (müxtəlif variant rezeksiyalar), larinqektomiyadan sonra səs protezlərinin qoyulması

• Ağız boşluğu xərçəngi – dilin, yanağın ağız dibinin rezeksiyası, kombinəolunmuş rezeksiyalar, çənə və əng sümüklərinin rezeksiyaları

• Alt dodaq xərçəngi – alt dodağın müxtəlif növ (üçbucaq, kvadrat, trapesvari) rezeksiyaları, xeyloplastika (Abbe-Estlander, Brums, Блохин və s.)

• Dəri şişləri və melanoma baş-boyun nahiyəsi şişləri (nevus, bazalioma, xərçəng, sarkoma) zamanı müxtəlif növ plastik cərrahiyyə əməliyyatlar.

• Qalxanabənzər vəzi şişləri (ur, adenoma, xərçəngi – hemitireoidektomiya, vəzin subtotal rezeksiyası, tireoidektomiya

• Rekonstruktiv – plastiki cərrahiyyə, dəri, ağız boşluğu, qırtlağın şişləri zamanı rekonstruktiv plastik əməliyyatlar (sərbəst dəri plastikası, dəri-piy və dəri fassial parçalar, dəri-əzələ parçaları (dərialtı əzələ, döş-körpücüküstü-məməyəbənzər əzələ, trapesəbənzər əzələ, boyun döş əzələsi).

• Boyun disseksiyaları – qırtlaq xərçəngi, melanoma, ağız boşluğu xərçəngi, alt dodaq xərçənginin, ağız suyu vəziləri xərçəngi, qalxanabənzər vəzi xərçəngi zamanı istənilən həcmli (radikal, funksional, selektiv) və məqsədli (müalicəvi, profilaktik) boyun disseksiyaları

• Uşaqlarda baş-boyun nahiyəsi şişlərin (nevuz, hemangioma, limfangioma, qalxanabənzər vəzi şişləri sarkomaların müalicəsi.

Baş-boyun bölməsinin həkimləri hər gün poliklinik şöbədə xəstə qəbulu, ambulator şəraitdə müayinə və müalicələr aparırlar.