Onkoloji məsləhətlər
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının həkimi PhDr.Günay Əhmədova Beynəlxalq konfransda çıxış edib
19.10.2023
5-8 oktyabr tarixində Rusiya Plastik və Estetik Cərrahiyə Cəmiyyətinin təşkilatçılığı ilə “Süd vəzi cərrahiyyəsinə multidisiplinar yanaşma” adlı II Beynəlxalq Qaradəniz konfransı keçirilib. Konfransda İtaliya, İspaniya, Argentina, Türkiyə, Rusiyanın aparıcı alimləri süd vəzi onkologiyasının ayrı-ayrı sahələrindən danışaraq, dünyada bu sahədə olan müasir nailiyyətlərdən, çalışdıqları universitetlərin, klinikaların təcrübələrini bölüşüblər.
“Qafqazinfo” xəbər verir ki, Konfransda Azərbaycanı Referans Estetik Mərkəzinin həkimi tibb üzrə fəlsəfə doktoru Dr. Günay Əhmədova təmsil edərək, süd vəzi xərçəngində icra etdikləri onkoplastik və rekonstruktiv əməliyyatlardan məlumat verib.
Məruzə çox maraqla qarşılanıb və dünyada süd vəzisində son zamanlar aparılan yeni əməliyyat taktikalarının Azərbaycanda da icra edilməsindən məmnunluq qeyd edilib. Konfrans maraqlı elm və təcrübə mübadiləsi ilə yanaşı, süd vəzi estetikasına dair maraqlı masterklassla da yadda qalıb.
Konfransın sonundakı qala gecəsində tibb üzrə fəlsəfə doktoru Dr.Günay Əhmədova xüsusi mükafat və sertifikata layiq görülüb.







