+99412 541-59-76
  • Əsas səhifə
  • Əlaqə
Main Menu
  • KLİNİKA
    • Klinika haqqında
    • Klinikanın qonaqları
    • Normativ baza
  • RƏHBƏRLİK
    • Direktor
    • Baş həkim
  • ŞÖBƏLƏR
    • I -ci şöbə
      • Torokabdominal bölmə
      • Ginekoloji bölmə
    • II -ci şöbə
      • Baş boyun
      • Dayaq hərəkət aparatın üzvlərin bölməsi
      • Süd vəzi bölməsi
    • Cərrahiyyə bloku və anestiziologiya şöbəsi
      • Ümumi məlumat
      • Həkimlər
    • Poliklinika diaqnostik şöbə
      • Ümumi məlumat
      • Gündüz stasionar bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Qəbul bölməsi
        • Ümumi məlumat
        • Həkimlər
      • Şüa diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Biokimyəvi laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Patomorfoloji laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
  • KAFEDRA
    • Ümumi məlumat
    • Personal
    • Elmi fəaliyyət
    • Dərs proqramı
    • Ədəbiyyat
  • MƏTBUAT XİDMƏTİ
    • Qalereya
      • Fotoqalereya
      • Videoqalereya
    • Xəbərlər
    • Elanlar
    • Onkoloji məsləhətlər
  • ELMİ FƏALİYYƏT
    • Rezidentura
    • Doktorantura
    • Elmi nəşrlər
  • ƏMƏKDAŞLIQ
    • Təcrübə mübadiləsi
    • Xarici universitetlər və klinikalar

Onkoloji məsləhətlər

Fibroadenoma

29.08.2021

Süd vəzisinin fibroadenoması – birləşdirici və vəzili toxumanın anormal inkişafı nəticəsində yaranan xoşxassəli törəmədir.

Fibroadenomanı əksər hallarda xanımlar süd vəzilərində əllənən bərk və dairəvi formalı törəmə kimi hiss edirlər.Ölçülərinə görə onlar bir neçə millimetrdən 5-7 santimetrə və daha böyük ölçülərə qədər ola bilirlər.Əgər fibroadenoma 6 santimetrdən böyükdürsə nəhəng forma hesab edilir.Bu törəmə əksər hallarda süd vəzilərinin yuxarı hissələrində yerləşir.Fibroadenomalar ətraf orqan və toxumalara yayılmır,lakin toxumalarada patoloji bərkimənin aşkar olunması özü özlüyündə süd vəzi xərçəngi ehtimalını aradan aldırmaq üçün   kompleks müayinə aparılmasına birbaşa göstəriş hesab edilir.

Fibroadenomanın növləri

Morfoloji quruluşuna görə fibroadenomalr 4 əsas qrupa bölünür:

Perikanalikulyar fibroadenoma .

İntrakanalikulyar fibroadenoma

Qarışıq forma fibroadenoma

 Yuxarıda eyd etdiyim bu formaların bədxassəli törəməyə çevrilmə ehtimalı cüzidir.

Yarpaqşəkilli fibroadenoma 

Yarpaqşəkilli və ya filloid fibroadenoma nadir hallarda rast gəlinir ancaq bədxassəli şişə çevrilmə ehtimalı yüksəkdir.Onlar adətən sürətlə böyüyür və ölçüləri 5-6 santimetrdən böyük olur.Müayinə zamanı bu tip fibroadenoma aşkar edilibsə mütləq cərrahi əməliyyat olunmalıdır.

Fibroadenomanın mümkün əmələ gəlmə səbəbi

Süd vəziləri hormondan asılı orqandır. Buna görə onlarda əmələ gələn patoloji dəyişkənliklər orqanizmdə hormonal fonun pozulması fonunda meydana gəlir.

Fibroadenomanın mümkün əmələ gəlmə səbəbləri:

  • qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri
  • daimi stress
  • hormonların fizioloji dəyişkənlikləri: yeniyetməlik dövrü, menopauza
  • hamiləliyin və südvermənin olmaması
  • hamiləlikdən qoruyan dərmanların kontrolsuz qəbulu
  • tez-tez təkrarlanan abortlar
  • süd vəzilərinin zədələnmə və travmaları
  • piylənmə

Süd vəzi fibroadenomalarının əlamətləri

Fibroadenomanın yeganə əlaməti “əllərimizlə görə biləcəyimiz”-konkret sərhədlərə malik olan dairəvi şarşəkilli formaya malik olan düyünün əllənməsidir. Bu düyünlər əksər hallarda xanımların özləri tərəfindən və ya mammoloqa yoxlanış üçün müraciət etdikdə  aşkar olunur. Balaca fibroadenomalar ağrısızdır.Ancaq fibroadenoma ağrı verirsə bu yarpaqşəkilli (filloid) fibroadenomanın və ya başqa bir törəmənin əlaməti ola bilər.

Süd vəzi fibroadenomalrının diaqnostikası

Diaqnoz qoymaq üçün  ilk növbədə mammoloq süd vəzilərini müayinə edir. Fibroadenoma əksər hallarda bir süd vəzidə və bir ədəd olur lakin 15% hallarda hər iki süd vəzidə olmaqla çoxsaylı fibroadenomalara da rast gəlinə bilir.

Pasientə baxdıqdan sonra həkim onu ultrasəs müayinəsinə yönləndirir. Ultrasəs müayinəsi fibroadenomanı süd vəzilərinin digər xəstəliklərindən ayırmağa kömək edir eləcə də mammoqarafiya müayinəsində  baxılması mümkün olmayan nahiyyələrini də müayinə eləməyə imkan verir.

Yaşı 35-dən yuxarı olan xanımlara mammoqrafiya müayinəsi olunur. Lakin təkcə bu müayinə vastəsi ilə şişin xoş və ya bədxassəli olmasını aşkar eləmək mümkün deyil.

Şişin xarakterini müəyyənləşdirmək üçün trepan biopsiya aparılır. Bu müayinə vastəsilə biz şişin histoloji quruluşunu öyrənirik. Onun xoş və ya bədxassəli olması dəqiqliklə müəyyən edilir.

Fibroadenoma xərçəngə çevrilirmi?

Sadə fibroadenomaların xərçəngə çevrilmə riski çox aşağıdır.Yalnız filloid (yarpaqşəkilli) fibroadenoma 5-7% hallarada xərçəngə çevrilə bilər.Ona görə də fibroadenomanın bu forması aşkar olunubsa onun əməliyyat yolu ilə çıxarılması tövsiyyə olunur.

Süd vəzi fibroadenomalarının müalicəsi

Müalicə taktikası diaqnostika metodları vastəsilə əldə olunan məlumatlara əsasən müəyyən olunur.Fibroadenomalar dərman müalicəsinə tabe olmur buna görə də onların yeganə müalicə üsulu əməliyyatla çıxarılmadır. Əgər fibroadenoma formalaşmayıb və ölçüsü 2 santimetrdən kiçikdirsə biopsiya olunaraq  müşahidə altında saxlanılır.Müşahidə altında olan pasientlər ildə iki dəfə həkim müayinəsi, ultrasəs və ildə bir dəfə mammoqrafiya müayinəsi olunurlar. Müşahidə altında olan fibroadenomaların kəskin olaraq böyüməsi mütləq cərrahi əməliyyata göstərişdir.

Bəs hansı hallarda fibroadenoma çıxarılmalıdır:

  • Filloid forma fibroadenomalar
  • Ölçüsü 2 sm böyük olanlar
  • Sürətlə büyüyürsə
  • Hamiləlik və südvermə planlanırsa

 Proqnoz və profilaktikası

Xəstəliyin proqnozu müsbətdir. Fibroadenoma çıxarıldıqdan sonra onun yenidən əmələ gəlməsinin qarşısını almaq üçün həkim nəzarətində olmaq yəni vaxtaşırı müayinəyə gəlmək məsləhətdir.

 

Mammoloq-onkoloq İndira Səfərova

 

TİBBİ XİDMƏTLƏR

  • USM
  • Mammoqrafiya
  • Kompyuter tomoqrafiyası
  • Rentgen kabineti
  • Patomorfoloji laboratoriya
  • Biokimyavi laboratoriya
  • Endoskopiya
  • Kardiologiya
  • Kolposkopiya

Faydalı linklər

  • A. R. Səhiyyə Nazirliyi
  • A. R. Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
  • Virtual Qarabağ

ATU VƏ KLİNİKALAR

  • Aərbaycan Tibb Universiteti
  • Tədris Stomatoloji Klinika
  • Tədris Terapevtik Klinika
  • Tədris Cərrahiyyə Klinika
Ünvan:
Bakı şəhəri, S.Vurğun küçəsi 208
Telefonlar:
(+99412) 541-59-76
(+99412) 541-59-77
(+99412) 541-59-78
E-mail:
contact@amuoncoclinic.com
Copyright © 2014 - 2017. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası! Bütün hüquqlar qorunur.