+99412 541-59-76
  • Əsas səhifə
  • Əlaqə
Main Menu
  • KLİNİKA
    • Klinika haqqında
    • Klinikanın qonaqları
    • Normativ baza
  • RƏHBƏRLİK
    • Direktor
    • Baş həkim
  • ŞÖBƏLƏR
    • I -ci şöbə
      • Torokabdominal bölmə
      • Ginekoloji bölmə
    • II -ci şöbə
      • Baş boyun
      • Dayaq hərəkət aparatın üzvlərin bölməsi
      • Süd vəzi bölməsi
    • Cərrahiyyə bloku və anestiziologiya şöbəsi
      • Ümumi məlumat
      • Həkimlər
    • Poliklinika diaqnostik şöbə
      • Ümumi məlumat
      • Gündüz stasionar bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Qəbul bölməsi
        • Ümumi məlumat
        • Həkimlər
      • Şüa diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Biokimyəvi laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Patomorfoloji laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
  • KAFEDRA
    • Ümumi məlumat
    • Personal
    • Elmi fəaliyyət
    • Dərs proqramı
    • Ədəbiyyat
  • MƏTBUAT XİDMƏTİ
    • Qalereya
      • Fotoqalereya
      • Videoqalereya
    • Xəbərlər
    • Elanlar
    • Onkoloji məsləhətlər
  • ELMİ FƏALİYYƏT
    • Rezidentura
    • Doktorantura
    • Elmi nəşrlər
  • ƏMƏKDAŞLIQ
    • Təcrübə mübadiləsi
    • Xarici universitetlər və klinikalar

Onkoloji məsləhətlər

Axardaxili papilloma nədir?

13.07.2021

Süd vəzi xəstəlikləri içərisində axardaxili paillomalar xüsusi əhəmiyyət kəsb edir. Süd vəzi axarında yaranan bu patologiyalara  15% hallarda rast gəlinir. Süd vəzi axarlarında yaranan xəstəliklər arasında axarın genişlənməsi, papillomatoz dəyişikliklər və axardaxili karsinomanı nümunə göstərmək olar. Bunların içərisində axardaxili karsinoma, bədxassəli xəstəlik olduğu halda digərləri süd vəzisinin xoşxassəli proseslərinə aid edilir ki,onlar arasında ən çox rast gəlinəni axardaxili papillomadır. Axardaxili papillomanın papillomatoz və yuvenil papilloma olan növləri xərçəngönü xəstəlik olduguna gorə bu patologiyanın erkən diaqnostikasının böyük əhəmiyyətə malik olduğunu göstərir.

Axardaxili papilloma nədir?

Axardaxili papilloma süd vəzisinin giləyə yaxın hissəsində süd axarlarının içərisində və əksər hallarda orta yaşlı qadınlarda rast gəlinən törəmədir. Bəzi hallarda gilədən uzaqda birdən çox papillomaya da rast gəlinir, bu da süd vəzi xərçəngi risqini artırır.

Axardaxili papillomaya xas olan əlamətlər hansılardır? 

  • Axardaxili papilloma əmələ gəldiyi nahiyyədə bərklik əmələ gətirərək ağrı ilə də özünü biruzə verə bilər.
  • Pasientlərin əksəriyyətinin şikayəti gilədən şəffaf, qanlı və ya başqa rəngdə ifrazatın gəlməsidir.
  • Süd vəzi giləsinin içəri dartılması
  • Axardaxili papilloma, 35-55 yaş arasında olan qadınlarda daha tez-tez rast gəlinir.

Axardaxili papillomanın diaqnostikası necə aparılır?

Axardaxili papillomanın diaqnostikası aşağıda qeyd elədiyim üsullardan istifadə edilməklə aparılır:.

  • Öz özünə süd vəzi müayinəsi: Öz özünə süd vəzi müayinəsi 20 yaşından sonra hər bir qadının ayda bir dəfə menstrual tsikldən 4-5 gün sonra eləməli olduğu rutin bir müayinədir.Güzgüqarşısında süd vəzisinin görünüşü,böyüklüyüvə süd vəzi giləsi yoxlanıldıqdan sonra sol süd vəzi yoxlanılacaqsa sol qol,sağ süd vəzi müyinə olunacaqsa sağ qol başın üzərinə qaldırılır.Süd vəzi dairəvi hərəkətlərlə əllə müayinə edilir. Əllənən törəmə olub olmadığı yoxlanılır.
  • İllik həkim müayinəsi: 20 yaşdan sonra qadınlar ildə bir dəfə şikayətləri olmasa da mammoloqa gedərək müayinə olmalıdır.
  • Mamoqrafiya: Kiçik dozada roentgen şüaları vastəsilə həyata keçirilən müayinə metodudur.
  •  Süd vəzi ultrasonoqrafiyası (USM): Bu müayinə süd vəzi istənilən şikayəti olan xəstələrdə ilk növbədə aparılan müayinə metodudur.
  • Maqnit rezonans tomoqrafiya (MRT): Elektromaqnit dalğalarından istifadə edilərək aparılan və çox dəqiq 3 proyeksiyada çəkilən müayinə üsuludur.
  • Duktoqrafiya: Süd vəzi axarlarının içərisinə xüsusi maddə yeridilərək bu maddənin axarların içindəki yayılması dərhal şəklinin çəkilməsi ilə aparılır. 
  • Duktoskopiya: Süd vəzi giləsindən millimetrik ölçüsü olan endoskopun köməkliyi ilə axarın kamerayla müayinə üsuludur. Axarların içərisində olan hər hansı bir dəyişkənliyin ən dəqiq müayinəsidir. Bu müayinə diaqnostika və müalicə üsulu kimi istifadə oluna bilər.

Çoxsaylı axardaxili papillomalar (papillomatoz) isə daha az rast gəlinir. Süd vəzi giləsindən uzaqda axar boyunca yerləşirgilədən gələn ifrazat, ələ dəyən törəmə kimi özünü biruzə verir. Süd vəzi xərçəngi olma riski yüksək olduğuna görə bu qadınlarda əməliyyat məsləhət görülür.

Yuvenil papillomatoz isə daha çox ailəsində süd vəzi xərçəngi tarixi olan gənc qızlarda rast gəlinir. Daha çox süd vəzidə törəmə şəklində rast gəlinən juvenil papillomatoz süd vəzi axıntısına səbəb olmur. Genişləndirilmiş sektoral rezeksiya əməliyyatı olunduqdan sonra bu pasientlər kontrolda saxlanılır.

Bu xəstəliyin dərman müalicəsi yoxdur. Maliqnizasiya yəni bədxassəli törəməyə çevrilmə ehtimalı olduğuna görə papillomadaşıyan axarın əməliyyat olunaraq çıxarılması tövsiyyə olunur.

Səfərova İndira, onkoloq-mammoloq

TİBBİ XİDMƏTLƏR

  • USM
  • Mammoqrafiya
  • Kompyuter tomoqrafiyası
  • Rentgen kabineti
  • Patomorfoloji laboratoriya
  • Biokimyavi laboratoriya
  • Endoskopiya
  • Kardiologiya
  • Kolposkopiya

Faydalı linklər

  • A. R. Səhiyyə Nazirliyi
  • A. R. Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
  • Virtual Qarabağ

ATU VƏ KLİNİKALAR

  • Aərbaycan Tibb Universiteti
  • Tədris Stomatoloji Klinika
  • Tədris Terapevtik Klinika
  • Tədris Cərrahiyyə Klinika
Ünvan:
Bakı şəhəri, S.Vurğun küçəsi 208
Telefonlar:
(+99412) 541-59-76
(+99412) 541-59-77
(+99412) 541-59-78
E-mail:
contact@amuoncoclinic.com
Copyright © 2014 - 2017. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası! Bütün hüquqlar qorunur.