+99412 541-59-76
  • Əsas səhifə
  • Əlaqə
Main Menu
  • KLİNİKA
    • Klinika haqqında
    • Klinikanın qonaqları
    • Normativ baza
  • RƏHBƏRLİK
    • Direktor
    • Baş həkim
  • ŞÖBƏLƏR
    • I -ci şöbə
      • Torokabdominal bölmə
      • Ginekoloji bölmə
    • II -ci şöbə
      • Baş boyun
      • Dayaq hərəkət aparatın üzvlərin bölməsi
      • Süd vəzi bölməsi
    • Cərrahiyyə bloku və anestiziologiya şöbəsi
      • Ümumi məlumat
      • Həkimlər
    • Poliklinika diaqnostik şöbə
      • Ümumi məlumat
      • Gündüz stasionar bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Qəbul bölməsi
        • Ümumi məlumat
        • Həkimlər
      • Şüa diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Biokimyəvi laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Patomorfoloji laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
  • KAFEDRA
    • Ümumi məlumat
    • Personal
    • Elmi fəaliyyət
    • Dərs proqramı
    • Ədəbiyyat
  • MƏTBUAT XİDMƏTİ
    • Qalereya
      • Fotoqalereya
      • Videoqalereya
    • Xəbərlər
    • Elanlar
    • Onkoloji məsləhətlər
  • ELMİ FƏALİYYƏT
    • Rezidentura
    • Doktorantura
    • Elmi nəşrlər
  • ƏMƏKDAŞLIQ
    • Təcrübə mübadiləsi
    • Xarici universitetlər və klinikalar

Xəbərlər

24 aprel 2026-cı il tarixində ATU-nun Onkoloji Klinikasında rezidentlər üçün növbəti elmi seminar keçirilmişdir.

24.04.2026

ATU-nun Rezidentura və Magistratura şöbəsi və Onkoloji Klinikasının birgə təşkilatçılığı ilə rezidentlər üçün "Uşaqlıq boynunun xərçəngönü və xərçəng xəstəliklərinin erkən diaqnostikası, müasir müalicə üsulları və profilaktikası" eyni zamanda "Yumurtalıq xərçəngi — müasir yanaşma" mövzularında seminar təşkil olunmuşdur.

Seminarın moderatorları dosent Tamara Quliyeva, Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Dr. Namiq Xəlilov olmuşdur. Dosent Tamara Quliyeva çıxışı zamanı Qadın cinsiyyət sistemi orqanlarının xərçəngönü və xərçəng xəstəliklərinin erkən diaqnostikası və ümumilikdə profilaktikasının aktual məsələ olduğunu vurğulamış, xəstəliyin vaxtında aşkarlanması nəticə etibari ilə düzgün klinik yanaşmanın, ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynadığını qeyd etmişdir. O, həmçinin klinik və laborator yanaşmanın, xəstəliyin profilaktikasının birgə tətbiqinin diaqnostik dəqiqliyin artırılmasında xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. Daha sonra Dr. Namiq Xəlilov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlamışdır. O, çıxışında klinikanın Ginekologiya şöbəsinin xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməklə yanaşı, universitetdə yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz rolundan bəhs etmişdir. Namiq müəllim mövzunun aktuallığını qeyd edərək bildirmişdir ki, həm uşaqlıq boynu həm də yunurtalıqların bəd xassəli prosesləri müasir dövrün ən aktual və həllini tam olaraq tapmayan patologiyalarındandır. 

Bu günki görüş məhz gələcək həkimlər, rezidentlər üçün maarifləndirici və mühüm əhəmiyyət kəsb edir.
Seminar zamanı ilk məruzəçi, ATU onkologiya kafedrasının dosenti onkoginekoloq- Samirə İlyas qızı Səfərova çıxış edərək uşaqlıq boynunun xərçəngönü və xərçəng xəstəliklərinin erkən diaqnostikasının əhəmiyyətini vurğulamışdır. O, xəstəliyin risk faktorları, skrininq üsulları, HPV və PAP Smer müyinələrinin aparılması ilə əlaqəli və müasir müalicə protokolları barədə ətraflı məlumat vermişdir. Məruzəçi kolposkopiya, sitoloji müayinə və HPV tipləndirməsinin diaqnostikada oynadığı rolu izah etmiş, erkən mərhələdə müdaxilənin xəstənin proqnozu üçün həlledici əhəmiyyət daşıdığını qeyd etmişdir. Samirə xanım həmçinin profilaktik tədbirlər, o cümlədən HPV əleyhinə vaksinasiya proqramlarının populyasiya səviyyəsində xərçəng insidensini azaltmadakı rolunu xüsusi vurğulamışdır.
İkinci məruzəçi, ATU onkologiya kafedrasının doktorantı, baş laborant onkoginekoloq - Əliyeva Leyla Qəhrəman qızı yumurtalıq xərçənginə müasir yanaşmalar mövzusunda təqdimat təqdim etmişdir. O, xəstəliyin epidemiologiyası, histoloji təsnifatı, klinik mərhələləri və erkən diaqnostikanın çətinlikləri barədə məlumat vermişdir. Məruzəçi CA-125 və HE4 biomarkerlərinin, ultrasəs müayinəsinin və müasir görüntüləmə metodlarının diaqnostik dəqiqliyin artırılmasındakı əhəmiyyətini izah etmişdir. Leyla xanım həmçinin cərrahi, kimyəvi terapiya və hədəfli müalicə üsulları daxil olmaqla müasir müalicə yanaşmalarını, BRCA mutasiyasının klinik əhəmiyyətini və fərdi müalicə planlaşdırmasındakı rolunu şərh etmişdir.
Seminarda müxtəlif ixtisaslar üzrə rezident həkimlər və Onkoloji Klinikanın heyəti iştirak etmişdir. Çıxışlar zamanı onkoginekologiyanın aktual problemləri, erkən diaqnostikanın xəstə sağqalımına təsiri və multidissiplinar əməkdaşlığın vacibliyi müzakirə edilmişdir.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, mövzular ətrafında aktiv suallar səsləndirilmiş və geniş interaktiv müzakirələr aparılmışdır. Seminar ginеkoloji xərçəng xəstəliklərinin müasir diaqnostikası və müalicəsi sahəsində elmi biliklərin artırılması baxımından əhəmiyyətli hesab edilmişdir.

TİBBİ XİDMƏTLƏR

  • USM
  • Mammoqrafiya
  • Kompyuter tomoqrafiyası
  • Rentgen kabineti
  • Patomorfoloji laboratoriya
  • Biokimyavi laboratoriya
  • Endoskopiya
  • Kardiologiya
  • Kolposkopiya

Faydalı linklər

  • A. R. Səhiyyə Nazirliyi
  • A. R. Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
  • Virtual Qarabağ

ATU VƏ KLİNİKALAR

  • Aərbaycan Tibb Universiteti
  • Tədris Stomatoloji Klinika
  • Tədris Terapevtik Klinika
  • Tədris Cərrahiyyə Klinika
Ünvan:
Bakı şəhəri, S.Vurğun küçəsi 208
Telefonlar:
(+99412) 541-59-76
(+99412) 541-59-77
(+99412) 541-59-78
E-mail:
contact@amuoncoclinic.com
Copyright © 2014 - 2017. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası! Bütün hüquqlar qorunur.