+99412 541-59-76
  • Əsas səhifə
  • Əlaqə
Main Menu
  • KLİNİKA
    • Klinika haqqında
    • Klinikanın qonaqları
    • Normativ baza
  • RƏHBƏRLİK
    • Direktor
    • Baş həkim
  • ŞÖBƏLƏR
    • I -ci şöbə
      • Torokabdominal bölmə
      • Ginekoloji bölmə
    • II -ci şöbə
      • Baş boyun
      • Dayaq hərəkət aparatın üzvlərin bölməsi
      • Süd vəzi bölməsi
    • Cərrahiyyə bloku və anestiziologiya şöbəsi
      • Ümumi məlumat
      • Həkimlər
    • Poliklinika diaqnostik şöbə
      • Ümumi məlumat
      • Gündüz stasionar bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Qəbul bölməsi
        • Ümumi məlumat
        • Həkimlər
      • Şüa diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Biokimyəvi laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Patomorfoloji laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
  • KAFEDRA
    • Ümumi məlumat
    • Personal
    • Elmi fəaliyyət
    • Dərs proqramı
    • Ədəbiyyat
  • MƏTBUAT XİDMƏTİ
    • Qalereya
      • Fotoqalereya
      • Videoqalereya
    • Xəbərlər
    • Elanlar
    • Onkoloji məsləhətlər
  • ELMİ FƏALİYYƏT
    • Rezidentura
    • Doktorantura
    • Elmi nəşrlər
  • ƏMƏKDAŞLIQ
    • Təcrübə mübadiləsi
    • Xarici universitetlər və klinikalar

Xəbərlər

ATU Tədris Onkologiya Klinikasında Süd vəzi xərçənginin müasir diaqnostik alqoritmi mövzusunda rezidentlərə mühazirə keçirilib

29.01.2026

ATU Tədris Onkologiya Klinikasında Süd vəzi xərçənginin müasir diaqnostik alqoritmi mövzusunda mühazirə keçirilib

29 yanvar 2026-cı il tarixində ATU-nun Rezidentura və Magistratura şöbəsi və ATU Onkoloji Klinikasının birgə təşkilatçılığı ilə rezidentlər üçün “Süd vəzi xərçənginin müasir diaqnostik alqoritmi” mövzusunda rezidentlərə və gənc həkimlərə elmi mühazirə keçirilmişdir. Tədbir moderatorlug təşkilatçilar ATU Onkoloji Klinikasının Baş həkimi, onkologiya kafedrasının dosenti Quliyeva Tamara xanım və ATU-nun Rezidentura və Magistratura şöbəsi müdirinin müavini, uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov tərəfindən keçirilmişdir.

Tədbir giriş sözü ilə seminarın moderatorları və təşkilatçıları — ATU-nun Rezidentura və Magistratura şöbəsi müdirinin müavini, assistent Namiq Xəlilov və ATU Onkoloji Klinikasının Baş həkimi dosent Quliyeva Tamara tərəfindən açılmışdır. Açılış nitqində rezidentlərin klinik biliklərinin artırılmasının, erkən diaqnostik yanaşmaların və davamlı tibbi təhsilin müasir səhiyyə sistemində mühüm rol oynadığı vurğulanmışdır.

Daha sonra tədbirin moderatoru Ass Namiq Xəlilov mühazirənin mövzusunu və məruzəçini Dos. Tamara Quliyevanı iştirakçılara təqdim edərəg onun fəaliyətindən daniştı. Öz nitqində Ass. Namiq Xəlilov iştirakçilara süd vəzi xərçənginin dünya miqyasında, eləcə də Azərbaycanda qadınlarda ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, xəstəliyin erkən mərhələdə aşkarlanması sağqalım göstəricilərinə birbaşa təsir göstərir və bu baxımdan düzgün diaqnostik alqoritmin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Mühazirə ilə çıxış edən ATU Onkoloji Klinikasının baş həkimi, dosent Quliyeva Tamara süd vəzi xərçənginin diaqnostikasında müasir yanaşmalar, risk qruplarının müəyyənləşdirilməsi, skrininq proqramlarının rolu və multidissiplinar qərar mexanizmi haqqında ətraflı məlumat vermişdir.
Çıxışı zamanı dosent Quliyeva Tamara qeyd etmişdir ki, süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması üçün klinik şübhə ilə yanaşı, radioloji və morfoloji qiymətləndirmənin ardıcıllığı böyük əhəmiyyət kəsb edir. O, müasir diaqnostik alqoritmlərin tətbiqinin xəstəliyin mərhələsinin dəqiq müəyyən edilməsinə, eləcə də düzgün müalicə strategiyasının seçilməsinə imkan verdiyini vurğulamışdır.

Natiq öz çihişta qeyd edib ki, süd vəzi xərçəngi heterogen bioloji xüsusiyyətlərə malik olub, klinik gedişi şişin molekulyar alt tipindən, histoloji quruluşundan və xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Bu səbəbdən diaqnostik proses yalnız klinik müayinə ilə məhdudlaşmamalı, görüntüləmə və invaziv metodların ardıcıl tətbiqi əsasında aparılmalıdır.
Mühazirədə süd vəzi xərçənginin diaqnostikasında aşağıdakı mərhələlər xüsusilə vurğulanmışdır:
• klinik müayinə və risk faktorlarının qiymətləndirilməsi
• radioloji görüntüləmə metodları (mammoqrafiya, USM, MRT)
• BI-RADS sisteminə əsaslanan qiymətləndirmə
• invaziv diaqnostika (tru-cut biopsiya, vakuum biopsiya)
• histopatoloji və immunohistokimyəvi analiz
• molekulyar alt tiplərin müəyyən edilməsi

Çıxışda bildirildi ki, müasir dövrdə süd vəzi xərçənginin diaqnostikası yalnız şişin aşkarlanması ilə deyil, onun bioloji davranışının düzgün qiymətləndirilməsi ilə tamamlanmalıdır. Bu yanaşma fərdi müalicə strategiyasının seçilməsinə imkan yaradır.

Tədbirdə klinikanın həkimləri, rezidentlər, tələbələr və gənc tədqiqatçılar iştirak etmişlər.
Eyni zamanda tədbirdə digər ixtisaslar üzrə rezidentlər də iştirak etmişdir.

Mühazirə interaktiv formatda keçmiş, mövzu ətrafında geniş müzakirələr aparılmışdır.

Sonda iştirakçıların sualları cavablandırılmış, süd vəzi xərçənginin erkən diaqnostikasının əhalinin maarifləndirilməsi və səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biri olduğu bir daha vurğulanmışdır.

TİBBİ XİDMƏTLƏR

  • USM
  • Mammoqrafiya
  • Kompyuter tomoqrafiyası
  • Rentgen kabineti
  • Patomorfoloji laboratoriya
  • Biokimyavi laboratoriya
  • Endoskopiya
  • Kardiologiya
  • Kolposkopiya

Faydalı linklər

  • A. R. Səhiyyə Nazirliyi
  • A. R. Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
  • Virtual Qarabağ

ATU VƏ KLİNİKALAR

  • Aərbaycan Tibb Universiteti
  • Tədris Stomatoloji Klinika
  • Tədris Terapevtik Klinika
  • Tədris Cərrahiyyə Klinika
Ünvan:
Bakı şəhəri, S.Vurğun küçəsi 208
Telefonlar:
(+99412) 541-59-76
(+99412) 541-59-77
(+99412) 541-59-78
E-mail:
contact@amuoncoclinic.com
Copyright © 2014 - 2017. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası! Bütün hüquqlar qorunur.