Xəbərlər
Beyləqanda şəhid və qazi ailələri üçün təmənnasız müayinə və müalicə aksiyası keçirilib
14.12.2021
Azərbaycan Könüllü Həkimlər Assosiasiyası və ATU-nun Onkoloji Klinikasının təşkilatçılığı, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə Beyləqan rayonunda şəhid və qazi ailələri üçün təmənnasız müayinə və müalicə aksiyası keçirilib.
Aksiya çərçivəsində 400-dən çox vətəndaş müayinə oluub, onlara müvafiq müalicələr təyin edilib.
Növbəti aylarda da bu cür aksiyaların digər rayon və şəhərlərdə keçirilməsi planlaşdırılır.