Xəbərlər
Port yeri metastazektomiya və tor ilə hernioplastika
15.05.2020
Bildiyiniz kimi,minimal invaziv cərrahiyyənin (laparoskopik üsul) xeyli üstünlükləri var .
Uşaqlıq cismi xərçənginin cərrahi müalicəsində randomizə kontrollu çalışmaların nəticələrinə görə adı çəkilən üsul daha çox tərcih edilir.
Ancaq qayda var ki, uşaqlıq en-blok çıxarılmalı, intraperitoneal morsellasiya və tumor fraqmentasiyasından qaçınmaq lazımdır.
Bu qaydalar pozularsa təəssüf ki, videodan izlənildiyi kimi arzuolunmaz nəticələrlə qarşılaşa bilərik .
Qısa anamnez: 1 il əvvəl xəstəyə başqaklinikada mama-ginekoloq tərəfindən laparoskopik histerektomiya əməliyyatı icra olunub, patohistoloji müayinəsi endometrium adenokarsinoması gəlib. Postoperativ kontrol müayinəsində laparoskopik portun yerində metastaz aşkar edilmişdir.
Əməliyyatın videosuna keçid linki : https://youtu.be/kfVQTlF3CwM