+99412 541-59-76
  • Əsas səhifə
  • Əlaqə
Main Menu
  • KLİNİKA
    • Klinika haqqında
    • Klinikanın qonaqları
    • Normativ baza
  • RƏHBƏRLİK
    • Direktor
    • Baş həkim
  • ŞÖBƏLƏR
    • I -ci şöbə
      • Torokabdominal bölmə
      • Ginekoloji bölmə
    • II -ci şöbə
      • Baş boyun
      • Dayaq hərəkət aparatın üzvlərin bölməsi
      • Süd vəzi bölməsi
    • Cərrahiyyə bloku və anestiziologiya şöbəsi
      • Ümumi məlumat
      • Həkimlər
    • Poliklinika diaqnostik şöbə
      • Ümumi məlumat
      • Gündüz stasionar bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Qəbul bölməsi
        • Ümumi məlumat
        • Həkimlər
      • Şüa diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Biokimyəvi laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Patomorfoloji laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
  • KAFEDRA
    • Ümumi məlumat
    • Personal
    • Elmi fəaliyyət
    • Dərs proqramı
    • Ədəbiyyat
  • MƏTBUAT XİDMƏTİ
    • Qalereya
      • Fotoqalereya
      • Videoqalereya
    • Xəbərlər
    • Elanlar
    • Onkoloji məsləhətlər
  • ELMİ FƏALİYYƏT
    • Rezidentura
    • Doktorantura
    • Elmi nəşrlər
  • ƏMƏKDAŞLIQ
    • Təcrübə mübadiləsi
    • Xarici universitetlər və klinikalar

Xəbərlər

AZƏRBAYCANDA İLK DƏFƏ “ONKOLOGİYA TERMİNLƏRİ LÜĞƏTİ” NƏŞR OLUNUB

30.09.2019

Bu günlərdə “Elm” nəşriyyatında çapdan çıxan “Onkologiya terminləri lüğəti” Azərbaycan tibb elminə qiymətli töhfədir. Akademik Əhliman Əmiraslanovun və Şirvan Abdullayevin birgə tərtib etdikləri bu elmi mənbə müasir onkologiyaya dair terminləri 5 dildə –  Azərbaycan, rus, latın, ingilis və fransız dillərində mütəxəssislərə təqdim edir. Azərbaycanda  ilk olan bu irihəcmli lüğət Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr olunub, kitabın elmi redaktoru akademik Cəmil Əliyevdir. 

“Onkologiya terminləri lüğəti”nin tərtibatında akademik Ə.Əmiraslanovun rəhbərliyi altında ATU-nun Onkoloji klinikasında aparılan elmi-tədqiqat işləri, eləcə də onkologiyanın tədrisi sahəsində toplanan böyük elmi-pedaqoji təcrübə həlledici rol oynamışdır. Kitabın I fəsli rusca-latınca-azərbaycanca, II fəsli rusca-ingiliscə-azərbaycanca, III fəsli rusca-fransızca-azərbaycanca terminləri əhatə edir. Kitaba daxil edilmiş 4 “Əlavə” bölmədə verilən məlumatlar – “Onkologiyada işlənilən şərti ixtisarlar” Azərbaycan və rus dillərində, “Kommentarilər”, “Müəllif adları ilə bağlı termin və sözlər (eponimlər)” nəzəri və praktik onkologiya ilə məşğul olan mütəxəssislər üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, lüğət müəlliflərinin nömrələdiyi şərti ixtisarlar (qısaldılmış sözlər) istənilən termini və sözü asanlıqla Azərbaycan dilindən rus dilinə və ya əksinə çevirməyə imkan yaradır.

Ana dilimizdə ilk dəfə hazırlanan 528 səhifəlik “Onkologiya terminləri lüğəti”ndə nəzəri və klinik onkoloji terminlərlə yanaşı onkoloji xidmətin təşkilinə dair sözlər də yer almışdır.  Lüğətin tərtibində ən müasir ədəbiyyatlardan istifadə edən müəlliflər kitaba müasir terminlərlə yanaşı köhnəlmiş, lakin tarixi əhəmiyyət kəsb edən ifadələri də daxil etmişlər. Məqsəd tələbələri və gənc həkimləri hazırda işlənməsi məsləhət görülməyən həmin terminlərdən xəbərdar etməkdir.

Kitabda həmçinin ingilis və fransız dillərini öyrənən sahə mütəxəssisləri üçün yığcam lüğətlər verilib, həmçinin şifahi nitq vərdişlərini inkişaf etdirmək üçün həmin dillərdə onkologiyaya dair monoloji nitq modelləri daxil edilibdir. Tibbdə rast gəlinən mübahisəli terminlərdən yan keçmək üçün müəlliflər Ümumdünya Səhiyyə Təşkilatının “Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatı”na (10-cu baxış) istinad etmişlər.

Çox dəyərli elmi mənbə olan bu lüğətdə rus dilindəki terminlərin azərbaycanca qarşılığı ilə yanaşı latınca tərcüməsi, sinonimləri, qısa izahı, zərurət yarandıqda geniş şərhi də verilib ki, bütün bunlar müəlliflər akademik Əhliman Əmiraslanovla Şirvan Abdullayevin böyük və yorulmaz əməyinin bəhrəsidir. Müasir tələblər səviyyəsində hazırlanmış “Onkologiya terminləri lüğəti” tələbələr, həkim-onkoloqlar, həkim-rezidentlər, elmi işçilər üçün qiymətli vəsait, etibarlı elmi mənbədir.

 

 

ABUZƏR QAZIYEV

Əməkdar müəllim,

tibb elmləri doktoru,

professor.

TİBBİ XİDMƏTLƏR

  • USM
  • Mammoqrafiya
  • Kompyuter tomoqrafiyası
  • Rentgen kabineti
  • Patomorfoloji laboratoriya
  • Biokimyavi laboratoriya
  • Endoskopiya
  • Kardiologiya
  • Kolposkopiya

Faydalı linklər

  • A. R. Səhiyyə Nazirliyi
  • A. R. Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
  • Virtual Qarabağ

ATU VƏ KLİNİKALAR

  • Aərbaycan Tibb Universiteti
  • Tədris Stomatoloji Klinika
  • Tədris Terapevtik Klinika
  • Tədris Cərrahiyyə Klinika
Ünvan:
Bakı şəhəri, S.Vurğun küçəsi 208
Telefonlar:
(+99412) 541-59-76
(+99412) 541-59-77
(+99412) 541-59-78
E-mail:
contact@amuoncoclinic.com
Copyright © 2014 - 2017. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası! Bütün hüquqlar qorunur.