Xəbərlər
Bu gün ATU-nun Onkoloji Klinikasının direktoru Əhliman Əmiraslanovun Bakı Patologiya Mərkəzinin əməkdaşları ilə görüşü oldu.
10.06.2019
Akademikə yeni yaradılmış mərkəz barəsində informasiya verildi. Akademik onkoloji xəstəliklərin diaqnostikasında patomorfoloji müayinənin rolunun əvəz edilməz olduğunu bildirdi və bu sahədə əldə olunan uğurların, müasir avadanlıqların onkoloji xəstəliklərin erkən aşkarlanmasında vacibliyini qeyd etdi. Həmçinin Onkoloji Klinikanın patomorfoloji laboratoriyasının son illərdə ən müasir avadanlıqlarla təchiz edildiyini bildirdi. Görüşdə Bakı Patologiya Mərkəzi ilə mütəmadi fikir mübadiləsinin aparılmasının onkoloji xəstəliklərin yekun diaqnozunun qoyulmasında əhəmiyyətli olacağı bildirdi.