Xəbərlər
Martın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Elm həftəsi”nin bağlanış mərasimi keçirilib.
18.03.2019
Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkə Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə martın 27-sinin Azərbaycanda “Elm günü” kimi təsis olunduğunu xatırladaraq, bu günə həsr olunmuş “Elm həftə”sinin öz işini uğurla başa vurduğunu bildirib.
Alimin sözlərinə görə, AMEA-nın həyatında əlamətdar hadisələrdən biri olan “Elm həftə”sində bir çox aktual elmi problemlərə həsr olunmuş məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Ə.Əmiraslanov bu kimi tədbirlərin gənc tədqiqatçıların əldə etdikləri nailiyyətləri geniş auditoriyaya təqdim etməsi və onlarda diskussiya mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, “Elm həftə”sinin sonuncu günündə BTEB-nin alim və mütəxəssisləri ilə yanaşı, Azərbaycan Tibb Universitetindən (ATU) olan müəllim və tələbə heyəti də iştirak edir.
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d. Nazim Şükürov çıxış edərək rəhbərlik etdiyi müəssisənin təşkilatçılığı ilə keçirilən “Elm həftəsi”nin sonuncu günündə BTEB-də aparılan araşdırmalara dair təqdimatların nümayiş etdiriləcəyini nəzərə çatdırıb.
O, bildirib ki, bağlanış mərasiminin sonunda “Elm həftəsi”nə həsr olunmuş və YT Park tərəfindən keçirilmiş “ən yaxşı innovasiyalı ideya”, “ən yaxşı innovasiyalı layihə” və “ən yaxşı innovasiya məhsulu” üzrə müsabiqənin nəticələri ictimaiyyətə elan olunacaq və qaliblər mükafatlandırılacaq.
N.Şükürov çıxışının sonunda AMEA-nın elmi bölmələri, institut və təşkilatlarına, eləcə də Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbindən olan nümayəndələrə, alim və mütəxəssislərə “Elm həftəsi”ndə fəal iştirak etdiklərinə, öz bilik və təcrübələrini bölüşdüklərinə görə təşəkkürünü bildirib.
Sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış edib.O, son zamanlar AMEA-da bütün sahələrlə yanaşı, molekulyar biologiya sahəsində də ciddi elmi nailiyyətlərin əldə olunduğunu, “Elm həftəsi”ndə bu nəticələrin təqdim edildiyini diqqətə çatdırıb. Alim Elm Günü ərəfəsində keçirilmiş bu tədbirdə mühüm mövzulara həsr olunmuş çıxışları yüksək qiymətləndirib. İ.Hüseynova “Elm həftəsi”nin Azərbaycan elmində bir çox problemlərin həllinə təkan verməklə yanaşı, həm də səmərəli nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov isə çıxışında “Elm həftəsi”nin AMEA-nın institut və təşkilatlarında həyata keçirilən layihələr, aparılan elmi tədqiqatlar və əldə olunan nailiyətlərin geniş ictimaiyyətə çatdırılması, eyni zamanda gənclərdə elmə marağın formalaşdırılması istiqamətində mühüm töhfələr verdiyini vurğulayıb.
Tədbirdə “Azərbaycanın təbii bitki sərvətlərinin öyrənilməsinin müasir vəziyyəti və istifadə perspektivliyi”, “Uşaqlıq cismi xərçənginin diaqnostikası və proqnozunda elektron mikroskopik müayinənin əhəmiyyəti”, “Şərq tibb zəlisinin kosmetologiyada və tibbdə istifadəsi”, “Azərbaycan populyasında insulindən asılı şəkərli diabeti olan uşaqlarda insan leykositar antigen sisteminin II sinfinin nDRB1 geninin təhlili”, “Pambıq bitkisinin yerli sortları və intensiv becərmə texnologiyaları”, “Dənli taxıl və paxlalı bitkilərin yeni sortları” və digər prioritet mövzularda məruzələr dinlənilib.