+99412 541-59-76
  • Əsas səhifə
  • Əlaqə
Main Menu
  • KLİNİKA
    • Klinika haqqında
    • Klinikanın qonaqları
    • Normativ baza
  • RƏHBƏRLİK
    • Direktor
    • Baş həkim
  • ŞÖBƏLƏR
    • I -ci şöbə
      • Torokabdominal bölmə
      • Ginekoloji bölmə
    • II -ci şöbə
      • Baş boyun
      • Dayaq hərəkət aparatın üzvlərin bölməsi
      • Süd vəzi bölməsi
    • Cərrahiyyə bloku və anestiziologiya şöbəsi
      • Ümumi məlumat
      • Həkimlər
    • Poliklinika diaqnostik şöbə
      • Ümumi məlumat
      • Gündüz stasionar bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Qəbul bölməsi
        • Ümumi məlumat
        • Həkimlər
      • Şüa diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Biokimyəvi laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Patomorfoloji laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
  • KAFEDRA
    • Ümumi məlumat
    • Personal
    • Elmi fəaliyyət
    • Dərs proqramı
    • Ədəbiyyat
  • MƏTBUAT XİDMƏTİ
    • Qalereya
      • Fotoqalereya
      • Videoqalereya
    • Xəbərlər
    • Elanlar
    • Onkoloji məsləhətlər
  • ELMİ FƏALİYYƏT
    • Rezidentura
    • Doktorantura
    • Elmi nəşrlər
  • ƏMƏKDAŞLIQ
    • Təcrübə mübadiləsi
    • Xarici universitetlər və klinikalar

Xəbərlər

Azərbaycan Tibb Assosiasiyasınn Cərrahiyyə Dərnəyinin I Beynəlxalq Simpoziumu

06.12.2018

Bu gün Hyatt Regency otelində keçirilən 150 -dən artıq həkim cərrah və onkoloqların  iştirak etdiyi  Azərbaycan Tibb Assosiasiyasınn Cərrahiyyə Dərnəyinin I Beynəlxalq Simpoziumu uğurla başa çatdı.

Açılışda Azərbaycan Tibb Assosiasiyanın sədri Dr. Nəriman Səfərli çıxış etdi və öz çıxışında Assosasiyanın fəaliyyəti haqqında iştirakçılara məlumat verdi. Növbəti çıxışda Cərrahiyyə Dərnəyinin sədri, tibb üzrə elmlər doktoru Pərviz Abbasov qeyd etdi ki, Azərbaycan Tibb Assosiasiyanın nəzdində fəaliyyət göstərən 30-dan artıq  ixtisas üzrə dərnəklərdən biri də Cərrahiyyə Dərnəyidir. Dərnəklər tərəfindən mütəmadi olaraq keçirilən elmi-praktik  simpoziumların və konfransların təşkilində əsas məqsəd həkimlərin ixtisas üzrə peşəkar təcrübələrinin artırılması və akademik  biliklərinin təkmilləşdirilməsidir.

P.Abbasov son illər Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatlar nəticəsində 2017- ci ilin sonundan etibarən həkimlərin Davamlı Tibb Təhsili üzrə təkmilləşmə sistemi beynəlxalq standartlara uyğun şəkildə tətbiq olunmağa başlandığını vurğuladı.

«Biz, Cərrahiyyə Dərnəyinin il ərzində mütəmadi keçirəcəyi  simpoziumlarda peşəkar mütəxəsislər, o cümlədən xaricdən dəvət olunan tanınmış alimlərin tərəfindən təqdim olunan məruzələr cərrahların peşəkar fəaliyyətində faydalı olacağına inanırırq. Həmçinin həkimlərin bu cür elmi-praktiki tədbirlərdə mənimsədikləri  akademik biliklər xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artmasına zəmin yaradır».

Cərrahiyyə dərnəyinin 1- ci Beynəlxalq Simpoziumunda  onkoloji panel üzrə ölkəmizin aparıcı cərrahları və onkoloqları, həmçinin Turkiyədən dəvət olunmuş İstanbul Bilim Universitetinin  tanınmış mütəxəssisləri  cərrahiyyə və onkologiya  sahəsindəki  ən son nailiyyətlərdən və müasir müalicə metodlarından danışdılar. İstanbul Bilim Universitetinin professoru Dr. Murat Cantaşdemir “Qaraciyər şişlərində invaziv radiologiya müalicəsi” adlı mövzu ilə çıxış etdi. Həmin universitetin professorları Dr. Güneyt Türk və  Dr. Abdullah Yakupoğlu müasir invaziv radiologiyanın, nüvə təbabətinin nailiyyətlərinin cərrahiyyə və onkologiyada tətbiqi ilə bağlı məruzə etdilər.

Milli Onkologiya Mərkəzi nəzdindəki Nüvə Təbabəti Mərkəzinın rəhbəri t.ü.f.d Dr.Fuad Novruzov “Onkologiyada yeni üfüqlər: PET-KT” adlı maraqlı təqdimat etdi.

Növbəti məruzəçilər Azərbaycan Tibb Universiteti onkologiya kafedrasının  dosenti t.ü.f.d, Dr. Nigar Mehdiyeva “Hormon pozitiv süd vəzisi xərçənginin müalicəsi” mövzüsunda, Milli Onkologiya Mərkəzindən T.ü.f.d., Dr. Samir Qurbanov “Süd vəzi xərçəngində orqanqoruyucu və rekonstruktiv cərrahiyyə” mövzusunda və Dr. Nigar Əliyeva “Yoğun bağırsaq xərçəngönü xəstəliklərinin diaqnostikası və müasir endoskopik müalicə üsulları” adlı maraqlı mövzularda məruzələrlə çıxış etdilər. Mövzular ətrafında müzakirələr aparıldı.

I Beynəlxalq Simpoziumun da  elmi proqramı Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası  tərəfindən akkreditasiyadan keçirilmişdir və elmi-praktiki simpoziumda iştirak edənlərə Davamlı Tibbi Təhsil üzrə kredit vahidləri qeyd olunmuş sertifikatlar təqdim olundu.

TİBBİ XİDMƏTLƏR

  • USM
  • Mammoqrafiya
  • Kompyuter tomoqrafiyası
  • Rentgen kabineti
  • Patomorfoloji laboratoriya
  • Biokimyavi laboratoriya
  • Endoskopiya
  • Kardiologiya
  • Kolposkopiya

Faydalı linklər

  • A. R. Səhiyyə Nazirliyi
  • A. R. Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
  • Virtual Qarabağ

ATU VƏ KLİNİKALAR

  • Aərbaycan Tibb Universiteti
  • Tədris Stomatoloji Klinika
  • Tədris Terapevtik Klinika
  • Tədris Cərrahiyyə Klinika
Ünvan:
Bakı şəhəri, S.Vurğun küçəsi 208
Telefonlar:
(+99412) 541-59-76
(+99412) 541-59-77
(+99412) 541-59-78
E-mail:
contact@amuoncoclinic.com
Copyright © 2014 - 2017. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası! Bütün hüquqlar qorunur.