+99412 541-59-76
  • Əsas səhifə
  • Əlaqə
Main Menu
  • KLİNİKA
    • Klinika haqqında
    • Klinikanın qonaqları
    • Normativ baza
  • RƏHBƏRLİK
    • Direktor
    • Baş həkim
  • ŞÖBƏLƏR
    • I -ci şöbə
      • Torokabdominal bölmə
      • Ginekoloji bölmə
    • II -ci şöbə
      • Baş boyun
      • Dayaq hərəkət aparatın üzvlərin bölməsi
      • Süd vəzi bölməsi
    • Cərrahiyyə bloku və anestiziologiya şöbəsi
      • Ümumi məlumat
      • Həkimlər
    • Poliklinika diaqnostik şöbə
      • Ümumi məlumat
      • Gündüz stasionar bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Qəbul bölməsi
        • Ümumi məlumat
        • Həkimlər
      • Şüa diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Biokimyəvi laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Patomorfoloji laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
  • KAFEDRA
    • Ümumi məlumat
    • Personal
    • Elmi fəaliyyət
    • Dərs proqramı
    • Ədəbiyyat
  • MƏTBUAT XİDMƏTİ
    • Qalereya
      • Fotoqalereya
      • Videoqalereya
    • Xəbərlər
    • Elanlar
    • Onkoloji məsləhətlər
  • ELMİ FƏALİYYƏT
    • Rezidentura
    • Doktorantura
    • Elmi nəşrlər
  • ƏMƏKDAŞLIQ
    • Təcrübə mübadiləsi
    • Xarici universitetlər və klinikalar

Xəbərlər

ATU-nun Onkoloji Klinikada Xərçənglə Mübarizə gününə aid tədbir keçirilib

02.02.2018

Bu gün Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında 4 fevral - Ümumdünya Xərçənglə Mübarizə gününə həsr olunmuş tədbir keçirilib.

Klinikanın direktoru, akademik Əhliman Əmiraslanov bu günün təsis olunmsı səbəbindən və əsas mahiyyətindən söz açdı: “Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır”.

Akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi qurum - ATU-nun Onkoloji klinikasının yaranması tarixi, fəaliyyəti və burada aparılan əməliyyatlar haqqında da məlumat verdi. Onun sözlərinə görə, ATU-nun Onkoloji klinikası Azərbaycan Respublikasının Nazirlər kabinetinin 23 noyabr 2006-cı il 250 saylı qərarına əsasən yaradılıb. Klinikanın açılışı 18 iyun 2007-ci ildə baş tutub. Klinikada 2 stasionar şöbə, gündüz stasionarı, poliklinika və diaqnostika şöbəsi, əməliyyat və anestezioloji şöbələri fəaliyyət göstərir. Burada onkoloji xəstələri müayinə və müalicəsi aparılır, yüksək ixtisaslı həkimlər tərəfindən hər növ şiş əməliyyatları icra  olunur.

Klinikanın baş həkimi, dosent Nəsimi Qasımov son həftə ərzində Onkoloji Klinikada icra olunan əməliyyatlar haqqında geniş məlumat verdi.

Daha sonra klinikanın şöbə müdirləri ve rezidentlərin iştirakı ilə keçirilən iclas cari məsələlərin müzakirəsi ilə davam etdi. 

TİBBİ XİDMƏTLƏR

  • USM
  • Mammoqrafiya
  • Kompyuter tomoqrafiyası
  • Rentgen kabineti
  • Patomorfoloji laboratoriya
  • Biokimyavi laboratoriya
  • Endoskopiya
  • Kardiologiya
  • Kolposkopiya

Faydalı linklər

  • A. R. Səhiyyə Nazirliyi
  • A. R. Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
  • Virtual Qarabağ

ATU VƏ KLİNİKALAR

  • Aərbaycan Tibb Universiteti
  • Tədris Stomatoloji Klinika
  • Tədris Terapevtik Klinika
  • Tədris Cərrahiyyə Klinika
Ünvan:
Bakı şəhəri, S.Vurğun küçəsi 208
Telefonlar:
(+99412) 541-59-76
(+99412) 541-59-77
(+99412) 541-59-78
E-mail:
contact@amuoncoclinic.com
Copyright © 2014 - 2017. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası! Bütün hüquqlar qorunur.