+99412 541-59-76
  • Əsas səhifə
  • Əlaqə
Main Menu
  • KLİNİKA
    • Klinika haqqında
    • Klinikanın qonaqları
    • Normativ baza
  • RƏHBƏRLİK
    • Direktor
    • Baş həkim
  • ŞÖBƏLƏR
    • I -ci şöbə
      • Torokabdominal bölmə
      • Ginekoloji bölmə
    • II -ci şöbə
      • Baş boyun
      • Dayaq hərəkət aparatın üzvlərin bölməsi
      • Süd vəzi bölməsi
    • Cərrahiyyə bloku və anestiziologiya şöbəsi
      • Ümumi məlumat
      • Həkimlər
    • Poliklinika diaqnostik şöbə
      • Ümumi məlumat
      • Gündüz stasionar bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Qəbul bölməsi
        • Ümumi məlumat
        • Həkimlər
      • Şüa diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Biokimyəvi laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Patomorfoloji laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
  • KAFEDRA
    • Ümumi məlumat
    • Personal
    • Elmi fəaliyyət
    • Dərs proqramı
    • Ədəbiyyat
  • MƏTBUAT XİDMƏTİ
    • Qalereya
      • Fotoqalereya
      • Videoqalereya
    • Xəbərlər
    • Elanlar
    • Onkoloji məsləhətlər
  • ELMİ FƏALİYYƏT
    • Rezidentura
    • Doktorantura
    • Elmi nəşrlər
  • ƏMƏKDAŞLIQ
    • Təcrübə mübadiləsi
    • Xarici universitetlər və klinikalar

Xəbərlər

Azərbaycan Tibb Universitetində “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyası çərçivəsində tədbir keçirildi.

02.12.2013

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında "İİV müayinəsi ilə bağlı Avropa həftəliyi" kampaniyası çərçivəsində tədbir keçirildi.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkil etdiyi tədbirdə universitetin müəllim və tələbələri, Respublika QİÇS ilə Mübarizə Mərkəzinin nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən RAGB-nin tibb üzrə əlaqələndiricisi Samir Əliyev dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olan QİÇS-in kəşfi və tədqiqi tarixindən danışdı.

ATU-nun elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev bildirdi ki, Azərbaycan bu il ilk dəfə olaraq Avropa regionunda noyabrın 22-dən 29-dək keçirilən "İİV müayinəsi ilə bağlı Avropa həftəliyi"nə qoşuldu. Bununla bağlı Azərbaycanın bir neçə regionunda, o cümlədən Bakı şəhərindəki ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin iştirakı ilə belə aksiyalar keçirilir. Məqsəd dünyada geniş yayılan bu təhlükəli xəstəliklə mübarizə üzrə səylərin gücləndirilməsidir.

Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Azərbaycanda İİV/QİÇS ilə bağlı epidiomoloji vəziyyət və bu xəstəliklərə qarşı görülən mübarizə tədbirləri barədə ətraflı məlumat verdi.

Azərbaycanda İİV-ə yoluxanların sayının aşağı səviyyədə olduğunu qeyd edən E.Alməmmədova dedi ki, ölkəmizdə qadınlarla müqayisədə kişilər arasında İİV-ə yoluxma faizi üstünlük təşkil edir. Bu göstərici kişilərdə 80, qadınlarda isə 20 faizdir. Gənclər arasında da İİV-ə yoluxma faktları qeydə alınır. İİV-ə yoluxanların 35 faizi 40-49 yaşlı insanlardır.

Ölkəmizdə İİV-ə yoluxanların 30,3 faizinin məhbuslar təşkil etdiyini diqqətə çatdıran E.Alməmmədova dedi ki, bu virusa yoluxmanın qarşısının alınması yolu vaxtında testdən keçməkdir. 1 dekabr - Dünya QİÇS ilə Mübarizə Günü ilə bağlı tədbirlər planı müəyyənləşdirildi. Sərnişin nəqliyyatı ilə yanaşı, ticarət və digər ictimai iaşə mərkəzlərində də İİV ilə bağlı müayinələrə başlanıldı.
Digər çıxış edənlər də İİV/QİÇS-in təkcə tibbi problem deyil, həm də ciddi sosial-iqtisadi və hüquqi problem olduğunu, bu xəstəliklərlə mübarizədə əhalinin məlumatlandırılmasının vacibliyini vurğuladı.

Nəzərə çatdırıldı ki, bu problemin həlli yolunda Səhiyyə Nazirliyi əhali arasında vaxtaşırı maarifləndirmə tədbirlərini və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.

Tədbirdə Rusiyanın "Krasnaya lentoçka" sosial informasiya kampaniyasının QİÇS ilə bağlı hazırladığı film nümayiş etdirildi.

TİBBİ XİDMƏTLƏR

  • USM
  • Mammoqrafiya
  • Kompyuter tomoqrafiyası
  • Rentgen kabineti
  • Patomorfoloji laboratoriya
  • Biokimyavi laboratoriya
  • Endoskopiya
  • Kardiologiya
  • Kolposkopiya

Faydalı linklər

  • A. R. Səhiyyə Nazirliyi
  • A. R. Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
  • Virtual Qarabağ

ATU VƏ KLİNİKALAR

  • Aərbaycan Tibb Universiteti
  • Tədris Stomatoloji Klinika
  • Tədris Terapevtik Klinika
  • Tədris Cərrahiyyə Klinika
Ünvan:
Bakı şəhəri, S.Vurğun küçəsi 208
Telefonlar:
(+99412) 541-59-76
(+99412) 541-59-77
(+99412) 541-59-78
E-mail:
contact@amuoncoclinic.com
Copyright © 2014 - 2017. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası! Bütün hüquqlar qorunur.