Xəbərlər
Əhliman Əmiraslanov: Yalançı insanlarla heç aram yoxdur
17.01.2018
“Qarşıma qoyduğum əsas məqsəd seçdiyim peşə üzrə yaxşı mütəxəssis olmaq idi”
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Milli Məclis” jurnalının “Həmsöhbət” rubrikasının qonağı olub. Modern.az saytı onunla söhbəti təqdim edir.
Qeyd edək ki, millət vəkili Ə.Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və tibb elmləri bölmə sinin akademik-katibi, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatının laureatı, Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına qızıl medalının təltifçisi, Polşa Tibb Elmlə ri Akademiyasının Albert Şvayster mükafatının laureatı, dünyanın bir çox nüfuzlu elmi assosiasiya və cəmiyyətlərinin üzvü və ali məktəblərinin fəxri doktorudur.
– Dünya şöhrətli alim, professor, doktor İhsan Doğramacı sizin haqqınızda demişdi: “Əhliman müəllim dünya miqyasında tanınan çox böyük alimdir. O, 20 il Moskvada çalışdığı dövrdə onkologiya sahəsində çox böyük şöhrət qazanıb. Lakin Moskvada çalışdığı uğurlu fəaliyyətdən sonra Bakıya – Azərbaycana qayıtması onun öz xalqına, vətəninə bağlılığının təntənəsinə çevrildi. Belə vətənpərvərlik alqışa layiqdir”. Əhliman müəllim, 50 illik elmi və tibbi fəaliyyətinizin müəyyən bir hissəsi Moskva ilə bağlıdır. Necə oldu ki, uzun illərdən sonra vətənə dönmək qərarına gəldiniz?
– Artıq hiss edirdim ki, orada müm kün olan bütün bilgiləri almışam və geri dönüb bu sahədə xalqımıza kömək gös tərə bilərəm. Əslində məni doktorluq dissertasiyasını müdafiə edəndən sonra dəfələrlə vətənə dəvət etmişdilər. Fikirlə şirdim ki, hələ tezdir. Ancaq bu dəfə də vət ediləndə düşündüm ki, artıq getmək vaxtıdır. 1988-ci ildən – məlum hadisələr başlayandan sonra burada vəziyyət çox ağır idi, xəstəxanalarda şərait qənaətbəxş de yildi. O dövrdə mən yaralılara dəfələrlə tibbi yardımlar gətirmişəm. 1992-ci ildə yenidən vətənə qayıdaraq doğma Azər baycan Dövlət Tibb İnstitutuna rektor təyin olundum. Dediyim kimi çox ağır vaxtlar idi, hərc-mərclik baş alıb gedir di. O vaxt gecə-gündüz əməliyyatlar edirdim. Xəstələr eşitmişdilər ki, artıq Bakıdayam; çoxsaylı müraciətlər olu nurdu. Düzü, vətənə dönmək ailəmin də ürə yincə idi. İki oğlum var. Uşaqlar böyü yürdü və hər bir valideyn kimi bizim də arzumuz idi ki, onlar ailə qursunlar.
–Ulu öndər Heydər Əliyevin sizə xüsusi münasibəti var idi. Onunla tanışlığınız necə olub?
– Ulu öndərlə Moskvada tanış olmuşam, mənə münasibəti həmişə yaxşı olub. Heydər Əliyev o vaxt çox yüksək zirvədə idi. İkinci dəfə hakimiyyətə gələndən sonra da onunla tez-tez təmasda olurduq. Daha çox ixtisasımla, xəstələrlə bağlı görüşürdük. Universitetdə işləyən də 1998 və 2000-ci illərdə yeni tikilən tədris binalarının açılışlarına, daha sonra isə universitetin yubileyinə gəlmişdi. Ulu öndərin yaxın dostu İhsan Doğ ramacını da elə Moskvadan tanıyırdım, onun yubileylərində çıxış etmişəm. Ümummilli lider Heydər Əliyev Azər baycanın dahi oğludur, böyük insandır. Mən fəxr edirəm ki, elə bir şəxsiyyətlə isti münasibətim olub.
– Ziyalı ailəsində böyüyüb başa çatmısınız. Amma sırf tibbə həvəs sizdə haradan yarandı?
– Mən Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində doğulmuşam. Bizim ailədə həkim olmayıb. Ümumiy yətlə, kəndimizdə həkim yox idi. İxtisas lı tibbi yardım almaq üçün rayon mərkə zinə, ya da İrəvana gedirdilər. O zaman rayonda, ümumiyyətlə, azərbaycanlı həkim yox idi. Xəstəxanada işləyənlər də o millətin nümayəndələri idi. Görürdüm ki, kənddə insanlar, həqiqətən, çox əziy yət çəkirlər. Sonra elə oldu ki, atam Ba sarkeçər rayonunun katibi oldu. Rayon da Azərbaycan dilində məktəb olmadığı üçün mən kənddəki evimizdə nənəmin yanında qalıb kənd məktəbində təhsil alırdım. Orta məktəbin III-IV sinfində oxuyanda həkim olacağım barədə qərar vermişdim. Nənəm xəstələndikdən son ra onun çəkdiyi əziyyətləri görüb fikrimi qətiləşdirdim. Bir ara dəb düşmüşdü; kənddə yaşa yan gənclər kənd təsərrüfatı mütəxəssisi olmaq istəyirdilər. Mənə də təklif etdilər ki,İrəvan KəndTəsərrüfatıTexnikumuna gedim. Ancaq razı olmadım. Orta məktə bi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna gəldim. Hesab edirəm ki, insan müəyyən bir sənət seçərkən ilk növbədə mənsub olduğu xalqa, vətənə, insanlara necə xeyir verə biləcəyini dü şünməlidir. Əgər hər kəs bu cür fikirlə şərsə, mənə belə gəlir ki, ixtisas seçimin də gənclərimiz yanılmazlar.
– Sizi azərbaycanlı mütəxəssis kimi Moskvada necə qarşıladılar?
– Tibb İnstitutunu bitirdikdən son ra rektorumuz mənə Cərrahi xəstəliklər kafedrasında qalıb işləməyi təklif etdi. Mən isə razılaşmayaraq Bakı Şəhər Kli nik Onkologiya Xəstəxanasını seçdim. O zamanlar respublikada onkologiya sahəsi inkişaf etməmişdi. Burada tələbə vaxtlarında işlədiyim üçün adaptasiya ya vaxt itirmədim, gələn kimi fəaliyyətə başladım, əvvəlcə Cərrahiyyə şöbəsində həkim-ordinator, qısa müddətdən sonra isə şöbə müdiri vəzifələrində çalışdım. O vaxt yeni ailə qurmuşdum, artıq övla dım da var idi. Həyat yoldaşım da, mən də işləyirdik. İşimiz qaydasında idi. O zaman mənim yaşımda 80 çarpayılıq şöbənin müdiri olmaq çox böyük uğur idi. Moskvadan gələn ilk müəllimim Arif Abbasovla birgə çalışırdım. Cavan elm lər doktoru idi. O, mənə qısa bir zaman da dissertasiya mövzusu da verdi. Dedi ki, işlə, sənin gələcəyin, perspektivin var. Dissertasiya işimin, demək olar ki, yarı dan çoxunu yazmışdım. Amma tale elə gətirdi ki, o, cavan yaşında dünyasını də yişdi. Bu hadisədən sonra mən Moskva ya getməyə qərar verdim. İşdən çıxan ərəfədə xəstəxanaya ar tıq başqa rəhbər gəlmişdi. Mənə dedi ki: “Oğlum, hara gedirsən? Müdafiə edirlər ki, gəlib şöbə müdiri olsunlar, sən isə şö bə müdirliyini, işini qoyub gedirsən. Elə bilirsən ki, oradan gələndə sənə belə bir iş verəcəklər?”
Razılaşmadım və ailəmlə birlikdə Moskvaya getdik. 1974-cü ilin oktyabrında imtahanları müvəffəqiyyət lə verərək Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində aspirantura ya daxil oldum. İlk vaxtlarda çətin idi. Elə olurdu bir gecə evdə qalırdım, bir gecə xəstəxanada. Amma heç vaxt fikir ləşməmişəm ki, gərək bu sənəti deyil, asan bir peşəni seçəydim. 1977-ci ildə aspiranturada təhsil müddətim hələ ba şa çatmamış, vaxtından əvvəl, “Aşağı ətrafarın bədxassəli şişlərinə görə ope rasiya edilmiş xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etdim. Qarşıma qoyduğum əsas məqsəd seçdiyim peşə üzrə yaxşı mütə xəssis olmaq idi. Düşünmürdüm ki, nə vaxtsa professor, akademik, rektor, depu tat olacam, dövlət mükafatı alacam. Heç fikirləşməzdim ki, SSRİ kimi məkanda bir gün Ümumittifaq Onkoloji Elmi Mər kəzin baş direktoru, SSRİ Tibb Elmləri Akademiyasının prezidenti N.N.Bloxin Azərbaycandan gəlmiş bir mütəxəssis olaraq mənim namizədliyimi dövlət mü kafatına təqdim edəcək. Onkologiya spesifik sahədir. Xaric dən xəstələr müraciət edirdi. Mən əsasən sümük şişlərinin müalicəsi ilə məşğul olurdum. Xarici ölkələrdə əməliyyatlar aparır, elmi məruzələrlə çıxış edirdim. Artıq qısa müddət ərzində xeyli elmipraktik təcrübəyə yiyələnmişdim. İkinci övladımız dünyaya gəldikdən sonra bizə ev verdilər.
Atam dünyasını dəyişdik dən sonra mən Bakıya qayıtmaq fikrinə düşdüm, çünki bacım, qardaşım burada tələbə idi. Fikirləşirdim ki, anamgili kənddən Bakıya köçürüm. O zaman el mi rəhbərim qayıtmağıma razı olmadı və mən Moskvada qaldım. Aspiranturanı bitirdikdən sonra Ümumittifaq Onkolo ji Elmi Mərkəzində Ümumi onkologiya şöbəsində əvvəlcə kiçik elmi işçi, son ralar isə baş elmi işçi, böyük elmi işçi və professor vəzifələrində çalışdım. Bu dövrlərdə yüzlərlə mürəkkəb cərrahiyyə əməliyyatları, o cümlədən dünyanın yalnız bir neçə məşhur klinikalarında icra olunan və təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, SSRİ miqyasında ilk də fə mənim tərəfimdən həyata keçirilən “Rotasion plastika” operasiyasını icra etdim. Elmi axtarışlarımı davam etdirə rək 1984-cü ildə “Osteogen sarkomalı xəstələrin kompleks müalicəsi üsulları” mövzusunda doktorluq dissertasiyası müdafiə etdim. Apardığımız uğurlu elmi tədqiqat işləri nəticəsində birincilisümük şişlərinin kompleks müalicə üsulları işlə nib hazırlandı və klinik praktikaya tətbiq olundu. Nəticədə bu şişlərin müalicəsi nəticələri 4-5 dəfə yaxşılaşdı. Doktorluq dissertasiyasını müdafiə et dikdən sonra mərkəzə rəhbərlik etməyə başladım, keçmiş SSRİ-nin müxtəlif şə hərlərinə və xarici ölkələrə tez-tez elmi ezamiyyətlərə gedirdim. Elə il olub ki, bir ayda 10-12 dəfə xarici ölkələrə səfər etmişəm.
– Bəs Azərbaycandan sizin yanınıza gələnlər çox olurdu?
– Mən həmişə Azərbaycanla sıx əla qə saxlamışam. O vaxt mənə çox müra ciət edirdilər və mən də əlimdən gələni əsirgəmirdim. Hətta bu səbəbdən bəzən “başım da ağrıyırdı”. O vaxt rəhbərlik də bəzi adamlar var idi, bundan narazı lıq edirdilər. 1986-cı ildə “Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib ha zırlanması və klinik praktikaya tətbiqi” mövzusunda silsilə elmi-texnoloji işləri mə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görüldüm. Mən Dövlət mükafatı alanda çoxsaylı təbrik teleqramları gəldi, Azərbaycandan yüz lərlə teleqram almışdım. Moskvaya gedəndə Ümumittifaq On koloji Elmi Mərkəzində ilk azərbaycanlı mən idim. Mənə qədər də olmuşdu, la kin daimi işləyən yox idi. 1992-ci ildə Azərbaycana qayıdanda orada çalışan 41 nəfər azərbaycanlı mütəxəssis qoyub gəldim. İndi onların sayı bir az da artıb dır. Orada fəaliyyət göstərən N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin “Uşaq onkologiyası” İnstitutunun di rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyev mənim tə ləbəm olub. Hazırda Moskvada Onkoloji Elmi Mərkəzdə çalışanlar arasında azər baycanlı mütəxəssislər çoxdur. Vaxtında əsası mənim tərəfimdən qoyulan bu ənə nə hazırda da davam edir.
– Adətən hər peşə sahibi istəyir ki, ailədə onun davamçısı olsun. Bəs sizin ailədə necə?
– Mənim iki övladım var: biri iqtisadçıdır, digər oğlum isə həkimdir, o da onkoloqdur, fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarını müdafiə etdi, professordur. Həyat yoldaşım da tibb üzrə elmlər doktoru, professordur, ixti sasca mama-ginekoloqdur. 4 nəvəm var. İnanıram ki, nəvələrdən də hansısa mənim davamçım olacaq.
– Əhliman müəllim, bəs bizim tibbin gələcəyini necə görürsünüz?
Arada belə boşluqlar yaranmışdı, insanlar xaricə gedirdilər – Avropaya, İrana... – Şübhəsiz, bunun obyektiv və subyektiv səbəbləri vardır. Onu da deyim ki, Azərbaycanda son illər səhiyyə sahəsin də çox böyük islahatlar həyata keçirilib. Çoxsaylı müasir standartlara cavab ve rən tibb müəssisələri açılıb və ən müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib, yüksək ixtisaslı mütəxəssislər hazırlanıb. Tibb Universitetində rezi denturanın fəaliyyətə başlaması mütə xəssis hazırlığına çox ciddi təkan verdi. Şübhəsiz ki, xarici ölkələrə - Türkiyəyə, Amerikaya,Avropaya göndərilmiş mütə xəssislərin hazırlanıb gəlməsi əvvəl ölkə mizdə zəif olan tibb sahələrinin inkişafı na müsbət təsir göstərdi. Bir məsələni də qeyd edim ki, bu gün Tibb Universitetinə gələnlərin böyük əksəriyyəti qızlardır. Oğlanlar isə adətən iqtisadiyyat sahəsini seçirlər. Onların tibbə olan marağı nisbə tən azalıbdır ki, bu da məndə təəssüf do ğurur. Çünki təbabətin elə sahələri var ki, orada mütləq kişi həkim lazımdır. Azərbaycan səhiyyəsinə yaxşı bələd olan bir mütəxəssis kimi tam səmimi de yim ki, bu gün elə bir xəstəlik, patologiya yoxdur ki, onun Azərbaycanda müalicə si mümkün olmasın. Buna görə xəstələri harasa göndərmək lazım deyil. Biri de yir İsraildə, digəri deyir Amerikada filan xəstəlik müalicə olunur. Dünya təbabə tində, səhiyyəsində mütəxəssislərin birbirindən gizli bir şeyi yoxdur. Müxtəlif ölkələrdə ildə bir neçə dəfə bu və ya di gər sahələr üzrə elmi qurultay, konfrans və konqreslər keçirilir, alimlər əldə etdiyi nailiyyətləri məruzə və müzakirə edirlər, praktik təbabət üçün tövsiyələr verilir. Şübhəsiz ki, bəzi problemlər hələ də mövcuddur. Desəm ki, həkimlərimizin hamısının səviyyəsi çox yüksəkdir, səhv etmiş olaram. Təəssüf ki, professional olmayan, öz sahəsini yaxşı bilməyən hə kimlərimiz də var. Ancaq bir sıra sahələr üzrə dünya arenasına çıxa biləcək mütə xəssis həkimlərimiz də çoxdur və onlar bu gün Azərbaycan səhiyyəsinin aparıcı simaları, fiqurlarıdır. Milli Məclisdə də demişəm - mənə elə gəlir ki, tibbi sığorta sahəsində bir az ge cikmişik. Bir çox sahələr var ki, əhalinin müəyyən qrupu üçün əlçatmazdır. Ölkə mizdə çoxlu orqan transplantasiyası hə yata keçirilir, insanlar bu cür xərcləri ödə yə bilmirlər. Ona görə mütləq icbari tibbi sığorta tətbiq olunmalıdır. İndi bu sahədə böyük işlər görülür. İlk olaraq iki pilot ra yon götürülüb və orada icbari tibbisığorta tətbiq edilib; bu proses get-gedə genişlən diriləcək. Maliyyə naziri cənab Samir Şərifov qeyd etdi ki, gələn il daha iki rayonda da tətbiq ediləcək. Dünyada elə bir ölkə yox dur ki, orada tibbi sığortasız səhiyyənin səviyyəsi yüksək olsun. Ümidvaram ki, 2019-cu ildən bizim ölkəmizdə də tibbi sığorta tam həyata keçiriləcək. Möhtərəm Prezidentimiz bu sahəyə çox ciddi diqqət yetirir ki, biz tibbisığortanı tez həyata ke çirək, əhaliyə tibbi yardımın səviyyəsini yüksəldək, onların bu sahədə olan prob lemlərini həll edə bilək.
– Adətən ağır əməliyyatlardan sonra dincəlməyə ehtiyac olur. Siz bu vaxtınızı necə keçirirsiniz, yorğunluğunuzu necə çıxarırsınız? Biri musiqi dinləyir, biri kitab oxuyur, biri ailəsi ilə istirahət edir...
–Tibb Universitetinə rəhbərlik edəndə mənə deyirdilər ki, siz böyük bir univer sitetin rektorusunuz, millət vəkilisiniz, akademiyada işləyirsiniz, bəs bu qədər işləri necə çatdırırsınız?
Tam səmimi deyim ki, həmişə hər şeydən üstün, birinci yerdə sənətimi tutmuşam. Hər gün ilk növbədə işimi klinikadan başlayıram: xəstələri konsultasiya edirəm, cərrahi əməliyyatlar aparıram.Mən klinikada heç vaxt yorulmuram, əksinə cərrahi əməliy yatlar zamanı fiziki cəhətdən yorulsam da, mənəvi olaraq işimdən zövq alıram.
Fikirləşirəm ki, mən bu gün kiməsə kö mək edə bildim, şəfa verdim. Cərrahlar bir az inanclı olurlar. Hətta məndə belə fikir var ki, əməliyyat etmədiyim günlər işlərim o qədər də yaxşı getmir. Təsəvvür edin ki, Moskvadan gələndə oradakı əməliyyat ayaqqabımı, paltarımı da gətirmişdim. Cərrahlar həmişə əməliyyata eyni paltarla gedirlər. Məndə bu “paltar inancı” var. Artıq 25 il ötüb, bu 25 ildə əməliyyata geyindiyim o kostyumların birini, ya ikisini dəyişmişəm. Onu da məcbur olmuşam. Hesab edirəm ki, bu ayaqqabıda, bu paltarda getsəm, əməliyyat mütləq uğurlu keçəcək. Mən klinikada heç vaxt yorulmuram. Təbii ki, dincəlməyi də sevirəm, ailəmlə və nəvə lərimlə vaxt keçirirəm.
– Təbii ki, öz peşəniz, sahəniz bir yana, daha hansı maraq dairəniz var - mədəniyyətdə, musiqidə? Bizim oxucular üçün də maraqlı olardı ki, Əhliman müəllim – bizim böyük alimimiz, ədəbiyyat sahəsində hansı kitabları oxuyur, sevdiyi əsərlər hansılardır?
– Birincisi, mən idmana çox meyilliyəm. Əvvəllər voleybolla məşğul olmuşam, idman verilişlərini çox sevirəm. Hər gün 10-12 km piyada gəzirəm. Nə qədər işim olur-olsun, gündə təxminən iki saat gəzirəm. Bədii ədəbiyyatı da çox sevirəm. Şübhəsiz ki,mən gözümü açandan yaşadığım bölgədə aşıq sənəti, aşıq şeirləri ilə böyü müşəm və onları çox sevirəm, çoxunu da əzbər bilirəm. Azərbaycan klassiklərinin, eləcə də rus klassiklərinin əsərlərini oxu muşam. Mən orta məktəbdə Azərbay can dilində oxuduğum rus klassiklərini Moskvada olanda yenidən rus dilində oxumuşam. İndiki müasirləri böyük məmnuniy yətlə mütaliə edirəm. Şeiri çox sevirəm. Bir şeyi də qeyd edim ki, İnternet saytlar yaranandan sonra insanların kitaba mü nasibəti bir az dəyişib. İstədiyin bir şeiri oradan da götürmək olar. Çalışıram hər halda kitabı heç olmasa vərəqləyim.
– İnsanlarda hansı keyfiyyətləri, hansı xüsusiyyətləri qiymətləndirirsiniz?
– Bu sualı mənə çox veriblər. Ona görə nədən xoşum gəlmir onu deyəcəyəm. Mənim insanlarda ən çox xoşum gəlməyən cəhət yalan danışmaqdır. Heç qəbul etmədiyim bir şeydir. Acı olsa da həqiqəti, düzünü deyəcəyəm. Başqa səhvi düzəltmək olar, amma yalançı insanlarla heç aram yoxdur. İnsanın müsbət xüsusiyyəti isə odur ki, yaxşı insan olmalıdır, vətənpərvər ol malıdır, xalqını, vətənini, ölkəsini, Prezidentini, liderini sevməlidir. Mən o insana ən çox hörmət edirəm ki, o, mənsub olduğu sahəni yaxşı mə nimsəyib. Ona görə də, həmişə yaxın adamlara, qohumlara, ailə üzvlərimə tövsiyəm budur ki, “nəyi öyrənirsinizsə, yaxşı öyrənin”.
– Doğulub boya-başa çatdığınız Zod kəndi xəyallarınızda necə qalıb? O yerləri tez-tez xatırlayırsınızmı?
– Çox tez-tez. Hətta kənddəki evimiz yuxuma da girir. O vaxt bizim ev kənddə ən böyük ev idi. Atam rayonda əvvəlcə katib, sonra isə ömrünün sonunadək təh sil şöbəsinin müdiri olub. Ora mənim üçün doğma, çox gözəl təbiəti olan bir yerdir; oraların təmiz havası,sərin bulaq ları, suları, al-əlvan çəmənlikləri var. Qı şı çox sərt, yayı çox sərin olur. İnsanları zəhmətkeş, əməksevərdir. Orada əsasən kənd təsərrüfatı ilə – əkin-biçin, maldar lıqla məşğul olurdular. O çətin iqlim şə raitində özləri üçün gözəl evlər tikmişdi lər, şərait yaratmışdılar. Atam orada dəfn olunub. Çox təəssüf onun qəbrini ziyarət edə bilmirəm. Oraya rəsmi gedən bəzi tanışlarımızdan, həm karlarımdan xahiş etmişdim, bizim evin şəklini çəkmişdilər. Evimizin, bağımızın hasarları dağılıb, uçub, ev elə bir günə düşüb ki, bircə pəncərələrdən tanıdım. O şəkli görüb çox məyus oldum.
– Necə düşünürsünüz, həyatda bütün istəklərinizə nail olmusunuz?
– Bütün istəklərə nail olmaq mümkün deyil. Ailəmdən, uşaqlarımdan çox razı yam. Övladlarım da öz sahələrində və təni, xalqı üçün təqdirəlayiq fəaliyyətlə məşğuldurlar, nəvələrim böyüyür. Artıq 13-14 yaşları var. Ümidvaram ki, onlar da ölkəmiz üçün layiqli vətəndaşlar olacaq. Arzunun, niyyətin sonu yoxdur. Azər baycanımızı daha firavan, səhiyyəmizi daha güclü görmək istəyirəm. Milli Məclisdə də çalışıram ki, bu sahə ilə bağlı daha mükəmməl qanunlar qəbul edək; Elmlər Akademiyasında da onun kimi. Amma 70 yaş o demək deyil ki, artıq ki fayətdir, dincəlmək lazımdır. Mən bu yaşı hiss etmirəm. Düşünürəm ki, insanın həyatı o vaxt sona çatır ki, o, heç kimə lazım olmur. Əgər bu gün kiməsə lazım sansa, demək, sən yaşayırsan. İnsanlara fayda gətirirsənsə, o zaman yaşamağının mənası var. Hesab edirəm ki, mən həm cərrah, həm onkoloq kimi, həm də digər fəaliyyətlərimdə də bundan sonra nə isə edə bilərəm.