Xəbərlər
Klinikamıza 1992-ci il təvəllüdlü xəstə ümumi zəiflik, halsızlıq və təngnəfəslik şikayətilə daxil olmuşdur.
09.01.2018
Xəstə bundan əvvəl bir sıra xəstəxanalarda müayinə edilmiş, cərrahi əməliyyat aparılmasının vacibliyi qeyd edilmişdir. Lakin əməliyyatın texniki çətinlikləri ilə əlaqədar olaraq müalicədən imtina edilmişdir. ATU-nun Onkoloji Klinikasında aparılmış ətraflı müayinələrdən sonra xəstəyə “mediastinal törəmə” diaqnozu qoyuldu, torakotomiya edildi və böyük texniki çətinliklərlə “mediastinal törəmənin çıxarılması, sol ağciyərin yuxarı payının atipik rezeksiyası ” əməliyyatı icra edildi. Əməliyyatdan sonrakı dövr kafi keçdi. Xəstə 5 gün sonra kafi vəziyyətdə evə yazıldı.