Xəbərlər
Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasına akademik Ə.T. Əmiraslanovun səyi nəticəsində yeni laporaskopiya aparatı alınmışdır.
20.11.2015
Bu həftədən etibarən laparoskopik əməliyyatların icrasına başlanılmışdır. Bu aparat vasitəsilə həm qadın cinsiyyət orqanlarında, həm də mədə-bağırsaq traktında mürəkkəb və eyni zamanda çapıqsız əməliyyatlar aparmaq mümkündür. Əməliyyatlar klinikamızın təcrübəli cərrahları tərəfindən icra olunur. Laparotomik əməliyyatlardan fərqli olaraq, bu aparat vasitəsilə aparılan əməliyyatlardan 24 saat sonra xəstə aktiv həyat tərzinə geri dönür. 18.11.2015-ci i tarixdə klinikamızda ilk laparoskopik əməliyyat icra olunmuşdur. Əməliyyatdan görüntülər.